Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Qazımada Tətbiq edilən Nəzarət ölçü cihazları haqqında

Similar presentations


Presentation on theme: "Qazımada Tətbiq edilən Nəzarət ölçü cihazları haqqında"— Presentation transcript:

1 Qazımada Tətbiq edilən Nəzarət ölçü cihazları haqqında

2 Qazımada Tətbiq edilən Nəzarət ölçü cihazları haqqında
QİV-2 Markalı çəki indikatoru Qazımada işlədilən bu çəki indikatoru indiyə qədər öz iş xüsusiyyəti və quruluş prinsipini saxlamaqdadır. Hazırki qaımada işlədilən QİV tipli hidravlik indikatorun sxemi aşağıdakı şəkildə göstərilib.

3 QİV-2 Markalı çəki indikatorunun 6 əsas hissəsi bir-biri ilə diametri 5mm olan mis borucuqla birləşdirilmişdir. Bu hissələrdən ən əsası tal kanatının ölü ucuna keçirilmiş təzyiq transformatorudur; çünki bunun içərisindən rezin kameranın sıxılması hesabına indikatorun iş prosesi yaranır. Rezin kameranın sıxılması isə transformatoru tal kanatının ölü ucuna əlaqələndirməklə yaranır. Tal kanatı transformatorun gövdəsinə bərkidilmiş 3 ədəd diyircəkdən keçirildikdə kənar diyircəklər arasındakı qapaq diskinin diyircəyi kanatı əyilmiş vəziyyətdə saxlayır. Kanatın transformatordan belə keçirilməsi ilə əlaqədar olaraq kanat gərilir və bunun hesabına diski kameraya sıxan qüvvə əmələ gəlir. Belə halda, qarmaqdakı yükün miqdarından asılı olaraq müəyyən yüklə gərilən kanat, transformatorun qapaq diskini, disk isə transformator gövdəsindəki rezin kameranı sıxır. Bu zaman diskin sahəsindən asılı olaraq kamerada müəyyən təzyiq yaranır. Transformatorların çoxunda diskin sahəsi Fdisk = 345sm2 olur. İş zamanı şəkildə göstərilən sxem su ilə doldurulur. Beləlikə, monometrin göstərdiyi bölgülər sayı qarmaqdakı yükün miqdarından asılı olur. Lakin hər bölgünün qiyməti aşağıdakı amillərdən asılı olur: Kanatın diametrindən və işlənmə dərəcəsindən; transformatorun quruluşundan və ondan keçən kanatın əyilmə dərəcəsindən; Tal sistemində kanatın tellənməsindən. Bu təsir amillərini nəzərə almaqla nəzarət-ölçü cihazları sexinin laboratoriya şəraitində hər bir indikator üçün bir bölgüyə müvafiq olan yüklərin qiyməti müəyyən edilir və həmin qiymətlər onun pasportuna qeyd edilir.

4 Çəki indikatoru buruğa verildikdə onun pasportunun sürəti qazıma ustasına verilir.

5 Göstəricimanometr. Bu manometr qazmaçı postunun qarşısında qoyulur və bunun dairəvi ölçü şkalasının əhatə bucağı 270 dərəcədir. Şkala 100 ədəd xırda bölgüyə bölünmüşdür və bölgülər 4-5 m məsafədə aydın görünür. Yazıcı manometr. Bu manometr, qarmaqdakı yükün dəyişməsini kartoqram üzərində yazılı surətdə göstərir.

6 Qazmaya geotexnoloji nəzarət stansiyası.
Qazmaya geotexnoloji nəzarət stansiyası Leuza -2 və Rubin avadanlığı ilə təchiz olunmuşdur. Leuza -2 avadanlığı qazmaçının otağında quraşdırılan elektron lövhədən və bu lövhəyə birləşdirilən 25 cihazdan ibarətdir. Cihazlardan gələn siqnallar elektron lövhəyə daxil olur və elektron lövhədən siqnal kabeli vasitəsi ilə stansiyada yerləşən kompüterə ötürülür. 25 cihazdan gələn siqnallar kompüterdə Reqistr proqramında diaqram şəklində yazılır. Reqistr proqramında diaqram halında olan məlumatlar geodata proqramına hər saniyə köçürülərək diaqram və rəqəmsal halda yadda saxlanılır.

7 25 ədəd cihazların quraşdırılması, iş prinsipi aşağıdakılardan ibarətdir

8 1) Qarmağa düşən yükün ölçülməsi üçün cihaz-1 ədəd
25 ədəd cihazların quraşdırılması, iş prinsipi aşağıdakılardan ibarətdir: 1) Qarmağa düşən yükün ölçülməsi üçün cihaz-1 ədəd 2) Təzyiq cihazı-1 ədəd 3) Rotorun dövrünü hesablayan cihaz-1 ədəd 4) Qazma bucurqadı valının dövriyyəsinin göstərici cihazı-1 ədəd 5) Termometr girişdə cihazı-1 ədəd 6) Termometr çıxışda cihazı-1 ədəd 7) Girişdə məhlulun elektrik keçiriciliyini ölçən cihaz-1 ədəd 8) Çıxışda məhlulun elektrik keçiriciliyini ölçən cihaz-1 ədəd 9) Qəbul çənində yuma məhlulunun səviyyəsini göstərən cihaz-7 ədəd 10) Girişdə yuma məhlulunun axınını göstərən cihaz-1 ədəd 11) Çıxışda yuma məhlulunun axınını göstərən cihaz-1 ədəd 12) Nasosun gedişini hesablayan cihaz-3 ədəd 13) Qaz analiz edici cihaz-1 ədəd 14) Çənlərdə məhlulun ümumi həcmini göstərən cihazlar 15) Baltaya düşən yükün ölçülməsi (qarmağa düşən yük cihazı vasİtəsi ilə) 16) Alətin endirib qaldırılmasının sürəti (cihazlara əsasən) 17) Məhlulun sərfıyyatının fərqi (girişdə və çıxışda yuma məhlulunun axının göstərən cihazlara əsasən)

9 18) Şamların sayı (cihazlara əsəsən)
19) Qazmanın sürəti saatla 20) Qazmanın sürəti dəqiqəylə 21) Açarda moment cihazı-1 ədəd 22) Rotorda moment cihazı-1 ədəd 23) Qazların tərkibi-6 komponent (Rubinə əsasən) 24) Quyuya vurulan məhlulun həcmi (çənlərdə yuma məhlulunun səviyyəsini göstərən cihazlar vasitəsilə) 25) Quyunun dərinliyi və alətin dərinliyi (cihazlara əsasən) 26) Alətin çəkisi (cihazlara əsasən) Qazmanın sürəti saatla və qazmanın sürəti dəqiqəylə göstəriciləri yuxarıdakı cihazların sayəsində təyin olunur. Qazmanın sürəti diaqramı əsasında mexaniki karotaj diaqramı alınır. Bu diaqramın nəticəsində süxurların litoloji kəsilişini tərtib etmək olur. Geoloji məqsədlər 1) Litoloji kəsilİşin təyini. 2) Kəsilişdə dayaq laylarının təyin edilməsi. 3) Kollektorların açılmasının əvvəlcədən təyin edilməsi və proqnozlaşdırılması. 4) Kollektorların doyumluğunun xüsusiyyətlərinin təyin edilməsi.

10 l. Qarmağa düşən yük ölçü cihazı
l.Qarmağa düşən yük ölçü cihazı. Cihazın iş prinsipi 2 hissədən ibarətdir. Qazma borularının ümumi çəkisini və baltaya düşən yükü hesablamaq. 1-Yük ölcü cihazı: Qarmağa və baltaya düşən yükün kütləsini teyin edir. Qarmağa düşən yük dedikdə: qazma , təkrar işləmə , kəmərin endirilməsi zamanı alətin tutulmasına oturmasına nəzarət etmək. 2- Qazma zamanı baltaya veriləcək yükü nəzarətdə saxlamaq, qazma borularının quyu sütununa söykənməsinin qarşısını almaq . Qarmağa düşən yük ölçü cihazı qazma bucurqadı valının kanatının bərkidildiyi hərəkətsiz sonluğun yuxarı hissəsinə bağlanir.

11 2. Təzyiq cihazı. Təzyiq cihazı manifol xəttinin üstündə quraşdırılır
2.Təzyiq cihazı. Təzyiq cihazı manifol xəttinin üstündə quraşdırılır. Cihazın iş prinsipi quyuya daxil olan qazma məhlulunun təzyiqini ölçməkdir. Yuma məhlulunun təzyiqi normadan yüksək olarsa layda çat əmələ gələr və udulma baş verə bilər. 3.Rotorun dövrünü hesablayan cihaz. Bu cihazın iş prinsipi rotorun fırlanma dövriyəsini hesablamaqdan ibarətdir. Rotorun (top driverin ) fırlanma momentinİ təyin edən cihaz qazma, təkrar işləmə boruların bağlanması açılması zamanı, alətin tutulması, rotorun (top driverin) sıradan cıxmasının qarşısını almaq və sair kimi halların baş verməsi zamani baş verəcək təhlükəni nəzarətdə saxlamağı ölcə bilən cihazdir.

12 4. Qazma bucurqadı valının dövriyyəsinin göstərici cihazı
4. Qazma bucurqadı valının dövriyyəsinin göstərici cihazı. Cihazın iş prinsipi tal blokun hansı hündürlükdə olmasını göstərir. Bu cihaz vasitəsi ilə qazma zamanı baltanın hansı dərinlikdə olmasını və qazma borularının qalxma və enməsini müşahidə etmək olar.

13 Temperatur girişdə cihazı. Gil məhlulu çənində quraşdırılır
Temperatur girişdə cihazı. Gil məhlulu çənində quraşdırılır. Cihazın iş prinsipi aktiv çəndə olan yuma məhlulunun temperaturunu ölçmək üçündür.

14 6. Temperatur çıxışda cihazı
6. Temperatur çıxışda cihazı. Bu cihaz quyu ağzında yerləşdirilən navalçada quraşdırılır. Cihazın iş prinsipi quyudan çıxan yuma məhlulunun temperaturunu ölçmək üçündür.

15 7. Elektrik keçiriciliyi cihazı
7. Elektrik keçiriciliyi cihazı. Cihaz quyu ağzında yerləşdirilən navalçada və aktiv çəndə quraşdırılır. Cihazın iş prinsipi quyuya girən və quyudan çıxan yuma məhlulunun elektrik keçiriciliyini bilmək üçündür. 8. Qəbul çənində yuma məhlulunun səviyyəsini göstərən cihaz. Cihazın iş prinsipi 2 hissədən ibarətdİr. 1-ci qəbul çənində yuma məhlulunun səviyyəsini 2-ci yuma məhlulunun həcmini göstərir. Cihaz dəniz şəraitində 7 və ya 9 çəndə quruda isə 3 çəndə quraşdınlır. Çənlərdə quraşdırılan cihazlar vasitəsi ilə quyuda baş verən udulma və quyunun işlənməsini təyin etmək olar.

16 Gİrişdə yuma məhlulunun axının göstərən cİhaz
Gİrişdə yuma məhlulunun axının göstərən cİhaz. Cihaz monifol xəttin üzərinə bərkidilir. Quyuya vurulan yuma məhlulun saniyə ərzində neçə litr olmasını təyin edir.

17 10. Çıxışda yuma məhlulunun axınını göstərən cihaz
10. Çıxışda yuma məhlulunun axınını göstərən cihaz. Cİhaz quyu ağzmda yerləşdirilən navalçada quraşdırılır, Cihazın iş prinsipi quyudan çıxan yuma məhlulunun saniyə ərzində neçə litr olmasını göstərir. Çıxışda və girişdə yuma məhlulunun axınının göstərən cihaz vasitəsi ilə quyuda baş verəcək udulmanı və işlənməsini təyin etmək olar.

18 11. Nasosun gedişini hesablayan cihaz
11. Nasosun gedişini hesablayan cihaz. Nasosda ştokun üzərində quraşdırılır porşenin gedişatını hesablayır. 12. Açarda moment cihazı. Qazmaçı açarının trosuna bərkidilir. Açara düşən yükü göstərir. Acara düşən qüvvə momentini təyin etmək ücün cihaz boruların bağlanması acılması zamanı istifadə olunur.

19 13. Rotorda moment cihazı. Rotorun yük naqilinə bərkidilir
13. Rotorda moment cihazı. Rotorun yük naqilinə bərkidilir. Naqilə düşən yükü ölçür. 14. Qazanalizedici cihazı. Quyu ağzında yerləşdirilən navalçada deqazator quraşdırılır. Quyudan çıxan yuma məhlulunda qaz olarsa deqazator vasitəsi ilə qazanalizedicİ ötürülür. Deqazator və qazanalizedici xətləri daim nəzarətdə olmalıdı və təmİzlənməlidir. Qaz faizi 1 faizdən çox olduqda kompüterdə və qazmaçmın otağında olan elektron lövhədə siqnal çalınır.

20 14. Qaz analiz edici cihaz. Quyu ağzında yerləşdirilən navalçada deqazator quraşdırılır. Quyudan çıxan yuma məhlulunda qaz olarsa deqazator vasitəsi ilə qaz analiz ediciyə ötürülür. Deqazator və qaz analiz edici xətləri daim nəzarətdə olmalıdı və təmizlənməlidir. Qaz faizi 0.5 faizdən çox olduqda kompüterdə və qazmaçının otağında olan elektron lövhədə siqnal çalınır.

21 Rubin: Rubin vasitəsi ilə qazın 6 komponenti təyin olunur
Rubin: Rubin vasitəsi ilə qazın 6 komponenti təyin olunur. (metan, etan, propan, butan, pentan, heksan) Qaz olan zaman vakuum nasos qaz analiz edici xəttində olan qazı sovuraraq Xromatoqrafa gətirir. Xromatoqraf proqramı vasitəsi ilə qazda hansı komponentin olduğu bilinir və qazı % dəqiqliyi ilə təyin edir. Bu komponentlərin təyin olunması nəticəsində layın neftlİliyi və qazlığını təyin etmək olar. Xromatoqraf sutka ərzində daim işlək olaraq quyunu tam nəzarətdə saxlayır.

22 QUYULARDA QAZMA PROSESİNƏ UZAQDAN NƏZARƏT ETMƏ SİSTEMİ
Geofızika və Geologiya İdarəsinin İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi şöbəsinin mütəxəsisləri mobil modem texnologiyasını tətbiq edərək, qazma quyularında baş verən proseslərə «RT-Leuza» uzaqdan nəzarət proqramını quraşdırmışdır. Neft və qaz quyularının qazılmasında baş verən proseslərə nəzarət «RT-Leuza» proqramının supervayzer əlaqəsi vasitəsilə həyata keçirilir. Bu zaman buruq rəisi öz otağmdan geotexnoloji nəzarət və idarəetmə imkanına malik olur. Ufa şəhərində yerləşən «Geofızika» elmi istehsalat firmasının «GEOTEST» istehsalat mərkəzinin direktoru Luqumanov Mansur Qayanoviç mobil modem texnologiyasının «RT-Leuza» uzaqdan nəzarət proqramına daxil edilərək ilk dəfə ARDNŞ-in Geofızika və geologiya İdarəsində tətbiq olunduğunu 7-ci Beynəlxalq Geofızika konfrasında xüsusi vurğulamışdır.

23 Mobil modem texnologiyasının peyk qəbuledicisi əlaqəsinə nisbətən üstün xüsusiyyətləri mövcuddur. Məsələn, mobil modem texnologiyasının quraşdırılması və istifadəsi daha rahat, iqtisadi cəhətdən xeyli səmərəli, informasiyanın ötürülməsi baxımından daha effektiv və etibarlıdır. Qazımada olan neft və qaz quyularında baş verən prosesləri idarənin iclas otağında belə yerləşdirilən monitorlardan 24 saat real zamanda izləmək mümkündür. Bu sistem ARDNŞ-nin baş ofısində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentinin müavininin kompüterində, Kompleks Qazma İşləri Trestində, SOCAR AQŞ-nin ofısində, SOCAR Ümid qazma idarəsində, Bayıl Limanı qazma idarəsində, Sahil qazma idarəsində, Qobustan qazma idarəsində, Mədəngeofızika idarəsi Quyulann Qazılmasına Geoloji Texnoloji Nəzarət və Lay sınağı Ekspedisiyasında quraşdırılmış və daim nəzarət edilir. Həmçinin mobil modem texnologiyasının köməyilə «RT-Leuza» proqramından istifadə edərək yolda, avtomobildə və yaxud evdə olarkən qazımada olan neft və qaz quyularında baş verən prosesləri çox rahat izləmək olur. Bununla yanaşı nəzarət olunan quyularda real zamanda əlaqə yaratmaq mümkündür. Proqramdan istifadə zamanı təhlükəsizlİyə tam zəmanət verilir. Proqramdan istifadə üçün xüsusi açarlardan istifadə olunur. Proqrama daxil olmaq üçün fərdi istifadəçinin adını və parolunu daxil etmək lazımdır. Daha sonra, açılmış pəncərədən istənilən quyunu seçərək, real zamanda baş verən proseslərə nəzarət etmək olar. Bir kompüterdə eyni zamanda bir neçə iş yerinə nəzarət etmək mümkündür.

24 Qazma prosesinin vəziyyətinin real zamanda görünüşü

25 "RT-Leuza" sistemi real vaxt rejimində həyata keçirir:
"RT-Leuza" sisteminin məsafədən monitorinqi "RT-Leuza" sistemi real vaxt rejimində həyata keçirir: quyunun qazılması prosesinə (ofısdən) məsafədən müşahidə; məlumatların (məsləhətlərin, əsas göstərişlərin) buruq operatoruna ötürülməsi; a)quyular sırasının nəzərdən keçirilməsi; b)bir neçə iş yerindən eyni vaxtda müşahidə.

26 Təşəkkürlər Eldar Mansimov
Khazar University / BSc Petroleum Engineering Sakarya University / MSc Geophysical Engineering


Download ppt "Qazımada Tətbiq edilən Nəzarət ölçü cihazları haqqında"

Similar presentations


Ads by Google