Download presentation
Presentation is loading. Please wait.
Published byInken Günther Modified over 6 years ago
1
DEPRESSİYA VƏ DİABET ÜPA-nın “Depressiya və Diabet” kitabına əsaslandırılmış sinopsis (Katon W, Maj M, Sartorius N, eds. – Chichester: Wiley, 2010)
2
Depressiya və diabetin epidemiologiyası
Şəkər xəstələrinin arasında kliniki ifadə olunmuş depressiv simptomların yayılması 31%, böyük depressiyanın yayılması isə 11% (Anderson et al., 2001). Depressiv pozuntular olan xəstələrdə diabetin rastgəlmə tezliyi riski 65% yüksəlir (Campayo et al., 2010). Depressiya və diabet birgə (komorbid) müşahidəsi zamanı onların proqnozu (ağırlaşma, müalicəyə rezistentlik, ölüm faizi) ayrı-ayrılıqdakı proqnozuna nisbətən daha ağır olur. Lloyd CE et al. The epidemiology of depression and diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
3
Hər iki xəstəliyə (depressiya və diabet) məruz qalan insanlar, depressiya və hər-hansı bir başqa xroniki xəstəliyə tutulan insanlarla müqayisədə öz hallarıını gizlətməyə çalışırlar (Moussavi et al., Lancet 2007;370: ). Lloyd CE et al. The epidemiology of depression and diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
4
Depressiyasız şəkər xəstələrə nisbətən depressiya ilə olan şəkər xəstələri tibbi xidmətlərdən daha çox istifadə edirlər (US 1996 data). Egede LE. Medical costs of depression and diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
5
Depressiya ilə olan şəkər xəstələri arasında tibbi xidmətlərə məxaric, depressiyasız şəkər xəstələri ilə müqayisədə daha yüksəkdir (US 1996 data). Egede LE. Medical costs of depression and diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
6
Depressiya və diabetin ağırlaşmaları
Depressiya keçirmiş şəkər xəstələrində tac arteriyasının pozuntusu riski artır (Orchard et al., 2003). Diabeti olan uşaqlarda depressiya və retinopatiyanın arasında prospektiv əlaqə aşkar edilib (Kovacs et al., 1995). Makro- və mikrodamar problemləri olan şəkər xəstələrində (erektil disfunksiya, diabetik ayaq xəstəliyi) depressiv əlamətlər daha çoxdur, lakin bu hallar arsındakı əlaqə hələ ki müəyyən edilməyib (Thomas et al., 2004). Lloyd CE et al. The epidemiology of depression and diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
7
Dİabet ilə populyasiya
Diabetsiz populyasiya Epidemioloji Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, depressiya olan şəkər xəstələrində şəkəri olmayan xəstələrə nisbətən, ölüm faizi daha yüksəkdir. (Zhang et al., Am. J. Epidemiol. 2005;161: ). Lloyd CE et al. The epidemiology of depression and diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
8
Depressiya və diabetin əlaqəsi:davranış faktorları
Depressiya zamanı fiziki aktivlik əksəyən enir. Bu isə öz növbəsində, piylənməni və onun nəticəsində yaranan II tipli diabetin əmələ gəlmə riskini artırır. Depressiya keçirmiş xəstələr özlərinə düzgün qulluq göstərmirlər (dərmanları qəbuletmə, pəhriz saxlama, qanda qlükozanın dərəcəsini monitorinq etmə, məşq etmə) . Diabet ilə bağlı emosional problemlər depressiyanın inkişafına təkan verə bilər. Lloyd CE et al. The epidemiology of depression and diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
9
Depressiya və diabetin əlaqəsi:bioloji faktorlar
Depressiya bir neçə stress ilə bağlı pozuntuların fenotipi olaraq, hipotalamo-hipofizar-adrenal oxu və iltihab sitokinlərinin azad edilməsinə təkan verir. Bu isə insulin rezistentliyinə səbəb ola bilər. Genetik səviyyədə metabolik dəyişikliklər, ana bətnində və uşaqlıqda zəif qidalanma həm depressiyaya, həm də diabetə meyllik yaradır. Ismail K. Unravelling the pathogenesis of the depression-diabetes link. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
10
Depressiya-diabet komorbidliyi nəticəsində yaranan
praktiki problemlər - I Problem Onun təsiri Depressiya və diabetin bəzi simptomları bir-birinə oxşardır Bunları bilməyən həkim xəstənin dəyişkən vəziyyətini diabetin təsiri ilə əlaqələndirir Depressiya diabetin fiziki simptomlarının artmasına və güclənməsinə səbəb ola bilər Fiziki və laborator müayinələrin nəticələri xəstənin subyektiv şikayətlərini təsdiq etmədiyi halda, pasient bunu həkim tərəfindən özünə qarşı anlaşılmazlıq kimi qiymətləndirə bilər Depressiyaya məruz qalan şəkər xəstələri öz müalicəsini idarə etməkdə çətinlik çəkir Pasient öz həyatını yaxşıya doğru dəyişməkdə çətinlik çəkir. “Mən nə etdiyimi və nə etmədiyimi yaxşı başa düşürəm, amma yenə də səhvlər buraxıram”. Bu isə, öz növbəsində, həkimi çətinliyə salır. Hellman R, Ciechanowski P. Diabetes and depression: management in ordinary clinical conditions. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
11
Depressiya-diabet komorbidliyi nəticəsində yaranan praktiki problemlər - II
Onun təsiri Depressiyaya məruz qalan xəstələr öz problemlərini çoxlu qida və ya psixoaktiv maddələr qəbul etməklə idarə etməyə çalışırlar Belə davranışın əsasını təşkil edən depressiya, vaxtında aşkar edilməzsə, həkim xəstənin ümidsizliyini anlaya bilməyəcək və ona cəza və stiqma nəzəri ilə yanaşacaqdır Şəkər xəstəliyi ilə bağlı və onu ağırlaşdıran müəyyən stressorlar depressiyaya təkan verə bilərlər Xəstə və həkim latent gedişli depressiya nəticəsində əmələ gələn problemləri başqa səbəblər ilə izah edirlər Depressiv xəstələrdə sağalmağa inam və müalicədən məmnunluq aşağı səviyyəyə düşür Xəstə vaxtında təyin olunan konsultasiyalara baş çəkmir, həkim ilə əməkdaşlıq yaratmır, həkimin köməyinə ehtiyac duymur Hellman R, Ciechanowski P. Diabetes and depression: management in ordinary clinical conditions. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
12
Depressiya-diabet komorbidliyi nəticəsində yaranan praktiki problemlər - III
Onun təsiri Depressiya nəticəsində xəstə öz qanında qlükozanın səviyyəsini nəzarət altında saxlamır Xəstədə ümidsizlik, təqsırləndirmə hissi artır. Xəstəliyin müalicəsi üstündə nəzarət zəifləyir Bunları bilməyən həkim heç nədən xəbəri olmayan xəstəni günahlandıra bilər Depressiv xəstələr öz gündəlik qrafikini təşkil etməkdə çətinlik çəkirlər Buna görə də, xəstəyə əvvəl asan gələn məsələlər və tapşırıqlar, hazırda bir neçə dəfə təkrarlanmalı və ya yazılmalı olur. Həyata pessimistik baxış Klinisistlərin əsas yardımı ondan ibarətdir ki, xəstəyə çətin gələn məsələləri izah etsinlər və onları tədricən həyata keçirməsinin planını yazıb xəstəyə başa salsınlar Depressiya zamanı qabarıq təşviş hissi müşahidə edilir Həkim həmişə bunu yadda saxlamalıdır çün ki təşvişli xəstələrdə özlərinə və müalicənin təsirinə inamsızlıq artır Hellman R, Ciechanowski P. Diabetes and depression: management in ordinary clinical conditions. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
13
Depressiya ilə şəkər xəstələrdə psixoterapiyanın effektivliyi
Tədqiqat Müdaxilə Nəticə Lustman et al., 1998 Koqnitiv-bihevioral terapiya (KBT) və diabet barədə təhsil tək diabet barədə təhsil əleyhinə Kontrol qrup ilə müqaiysədə KBT keçən xəstələrdə depressiya simptomlarının və qlikemik kontrolun yaxşılaşması qeyd edilib Huang et al., 2002 Antidiabetik dərmanlar+diabet barədə təhsil+psixoloji müalicə+relaksasiya və musiqi ilə müalicə tək antidiabetik dərmanların əleyhinə Kontrol qrupu ilə müqayisədə tədqiqat qrupunda depressiyanın və qlikemik kontrolun yaxşılaşması qeyd edilib Li et al., 2003 Antidiabetik dərmanlar+diabet barədə təhsil+psixoloji müalicə tək antidiabetik dərmanların əleyhinə Lu et al., 2005 Diabet və beyin damar təsadüfi barədə təhsil + elektromioqrafik müalicə + psixoloji müalicə adi qayğı əleyhinə Simson et al., 2008 İndividual supportiv psixoterapiya adi qayğı əleyhinə Supportiv psixoterapiya keçirilən qrupda depressiyanın və qlikemik kontrolun yaxşılaşması qeyd edilib Katon W, van der Felz-Cornelis C. Treatment of depression in patients with diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
14
Depressiya ilə şəkər xəstələrdə müalicə üsulların effektivliyi
Tədqiqat Müdaxilə Nəticə Lustman et al., 1997 Qlükometr barədə treninq + nortriptilin, plasebo əleyhinə Tədqiqat qrupunda depressiyanın yaxşılaşması qeyd edilib. Qlikemik kontrolda isə dəyişiklik qeyd olunmayıb Lustman et al., 2000 Flüoksetin plasebo əleyhinə Paile-Hyvärinen et al., 2003 Paroksetin plasebo əleyhinə İlk göstərişlərdə (3 ay müddətində) yaxşılaşma qeyd edilib, lakin son nəticələrdə hər 2 qrupda heç bir əhəmiyyətli dəyişiklik olmadığı müəyyənləşdirilib Xue et al., 2004 Tədqiqat qrupda depressiyanın yaxşılaşması qeyd edilib. Qlikemik kontrolda isə dəyişiklik qeyd olunmayıb Gülseren et al., 2005 Flüoksetin paroksetin əleyhinə Hər iki qrupda depressiya üzrə mühüm yaxşılaşma, lakin qlikemik kontrolun dəyişməməsi qeydə alınıb Paile-Hyvärinen et al., 2007 Paroksetin plasebo əleyhinə Heç bir əhəmiyyətli dəyişiklik qeyd olunmayıb Katon W, van der Felz-Cornelis C. Treatment of depression in patients with diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
15
Şəkər xəstələrində depressiyaya qayğı: Addım 1
Skrininq: Depressiyanı aşkar etmək (Pasientin Sağlamlıq Sorğu Vərəqəsi – 9 ilə (PSSV-9)) Köməksizlik/ümidsizlik hisslərinin nə dərəcədə olduğunu öyrənmək Komorbid təşviş hücumlar və ya posttravmatik stress pozuntusunu (olsa) aşkar etmək Təşviş əlamətlərini diabet simptomlardan fəqləndirmək qabiliyyəti (hipoqlikemiya) Qida qəbul etmə prosesi ilə əlaqədar yaranan problemləri müəyyənləşdirmək Kədər/tənhalıq/qəzəb hisslərinə cavab olaraq qida qəbul etməsinin tezləşməsi Kompulsiv (qeyri-iradi) qida qəbul etmək/boşaltma Gecələr yemək Katon W, van der Felz-Cornelis C. Treatment of depression in patients with diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
16
Şəkər xəstələrində depressiyaya qayğı: Addım2
Müalicə nəzarətinin təkmilləşməsi: Xəstəliyə nəzarətin nə dərəcədə zəiflədiyini dəqiqləşdirmək Stress və xəstəliyə nəzarəti arasında ikiistiqamətli əlaqəni öyrənmək Depressiyanın mənasını açmaq və onun stress ilə oxşar və fərqli əlamətlərini təyin etmək Depressiyanın simptomlarının şəkər xəstəliyinin simptomları ilə necə oxşamasını xəstəyə başa salmaq Depressiya nəticəsində başqa simptomların ağırlaşmasını müzakirə etmək Xəstəyə diabet, depressiya və başqa xəstəlikləri nəzarət altında saxlamaq üçün müəyyən tapşırıqları məsləhət etmək Xəstənin bu tapşırıqları hansı qaydada yerinə yetirməsini başa salmaq Katon W, van der Felz-Cornelis C. Treatment of depression in patients with diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
17
Şəkər xəstələrində depressiyaya qayğı: Addım 3
Dayaq olmaq: Əlavə qısamüddətli psixoterapiya: qida qəbulu ilə problemlər (koqnitiv-bihevioral terapiya) əlavə problemlərə yardım (problemləri həlletmə terapiyası) müalicə qayğını təkmilləşdirmək (motivlər barədə söhbət) Katon W, van der Felz-Cornelis C. Treatment of depression in patients with diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
18
Şəkər xəstələrində depressiyaya qayğı: Addım 4
Müalicə üsullarını müzakirə etmək: Komorbid depressiya və təşviş hücumları: SQSI ya SNQSI Seksual disfunksiya: bupropion və ya SQSİ-la əlavə, buspiron İfadə olunmuş neyropatiya: effektivliyinə əsaslanaraq bupropion, venlafaksin və ya duloksetini seçmək olar Katon W, van der Felz-Cornelis C. Treatment of depression in patients with diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
19
Usual Care Intervention Savings Ümumi qayğı Müdaxilə Ümumi qayğı
$0 $5.000 $10.000 $15.000 $20.000 $25.000 Katon et al., 2006 Simon et al., 2007 Usual Care Intervention Savings 2 İlin Ərzində Ümumi Tibbi Məxaric Ümumi qayğı Müdaxilə Ümumi qayğı Saxlanılan pul Müdaxilə Saxlanılan pul Şəkər xəstələrində depressiyanın müalicəsi 2 il ərzində tibbi xidmətlərə xərcləri endirir Katon W, van der Felz-Cornelis C. Treatment of depression in patients with diabetes. In: Depression and Diabetes. Katon W, Maj M, Sartorius N (eds). Chichester: Wiley, 2010.
20
Minnətdarlıq Bu sinopsis ÜPA-nın somatik xəstələrdə depressiyanın yayılması və proqnostik əhəmiyyəti barədə programmının hissəsidir. Proqrammı təşkil edilməsi üçün Lugli Təşkilatına, İtalyan Bioloji Psixiatriya Cəmiyyətininə, Eli-Lilly və Bristol-Myers Squibb-a minnətdarlıq bilidirilir. ÜPA Dr. Andrea Fiorilloya, Naples, İtaliya bu sinopsisin hazırlamaqında köməyi üçün, Gülay Məmmədzadəyə və Araz Manucheri-Lalei bu sinopsisi Azərbaycan dilinə tərcümə etməkləri üçün öz xüsusi minnətdarlıqını bildirir.
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.