Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı və Azərbaycan

Similar presentations


Presentation on theme: "Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı və Azərbaycan"— Presentation transcript:

1 Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı və Azərbaycan

2 Giriş Şərq Tərəfdaşlığı (ŞT) nədir? ŞT-na hansı ölkələr daxildir?
ŞT Avropanın qonşu ölkələri ilə bir-birinə oxşar iqtisadi-siyasi əlaqələr qurmaqda kömək etmək və müxtəlif fəaliyyət sahələrində islahatlar aparmaqda dəstək vermək üçün təklif etdiyi layihədir. ŞT-na hansı ölkələr daxildir? Şərq Tərəfdaşlığına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna daxildir. Şərq Tərəfdaşlığının əsasının qoyulması nə zaman və kim tərəfindən təklif olunub? ŞT-nin əsası 7 may 2009-cu ildə Praqa (Çexiya) şəhərində keçirilən sammitdə Polşa və İsveçin təşəbbüsü nəticəsində qoyulmuşdur. ŞT-nin ümumi məqsədi nədir? ŞT-nin məqsədi Aİ və onun şərq tərəfdaşları arasında siyasi birlik və iqtisadi inteqrasiyaya nail olmaqdır. O, ümumi maraqlar və öhdəliklər, iştirakçılıq və qarşılıqlı məsuliyyət və eləcə də uyğunlaşdırma prinsipləri və tam şəffaflıq meyarları əsasında yaradılıb. ŞT toplantıları hansı intervalla keçirilir? Dövlət və hökumət başçılarının toplantıları iki ildən bir, xarici işlər nazirlərinin görüşləri ildə 1 dəfə keçirilir. Tərəfdaşlığın tematik platformaları çərçivəsində mütəmadi sessiyalar isə 6 aydan bir baş tutur.

3 Şərq Tərəfdaşlığının Məqsəd və Hədəfləri
ŞT əsas məqsədi 6 üzv ölkənin iqtisadi, sosial və siyasi proseslərilə bağlı həyata keçirdiyi islahatlara dəstək vermək və bunları Avropa Şurası və Avropa İttifaqı standartlarına uyğunlaşdırmaqdır. Hədəflər: Tərəfdaş ölkələrin Avropa İttifaqına iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına təkan vermək; Təhlükəsizlik, stabillik və yaxşı idarəçiliyi təmin etmək; Vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaş dövlətlər arasında tərəfdaşlığın əsasının qoyulmasını asanlaşdırmaq; Uzunmüddətli perspektivdə fərdi qayda və müəyyən edilmiş müvafiq şərtlər daxilində viza rejiminin sadələşdirilməsi yolu ilə insanlar arasında əlaqələri genişləndirmək; Enerji təhlükəsizliyini təmin etmək; Müxtəlif sahələrdə aparılan islahatları dəstəkləmək və ətraf mühiti qorumaq

4 Məqsədlərin yerinə yetirilməsi kanalları
Avropa Şurası EURONEST Avropa İqtisadi və Sosial Komitəsi Regional və Yerli Hakimiyyət Orqanları Vətəndaş Cəmiyyəti Forumu Şərq Tərəfdaşlığı ölkələri ilə maliyyə və əməkdaşlıq vasitəsi olan Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (ENPİ) məqsədlərini reallaşdırır. Tərəfdaşlığın parlament səviyyəsində konsultasiya, nəzarət və monitorinqini icra etmə vəzifəsini daşıyır. Əsasən işəgötürən təşkilatlar və ticarət birlikləri arasında dialoqun dərinləşməsinə xidmət edir. Şərq Tərəfdaşlığı üçün təşkil etdiyi konfranslar dərin və hərtərəfli azad ticarət zonalarının yaranmasına şərait yaradır. Üzv ölkələrdə vətəndaş cəmiyyəti təşkilatları arasında görüşlər təşkil edir və sonuncu ilə dövlət orqanları arasındakı dialoqu asanlaşdırır.

5 ŞT-nin 4 Tematik Platforması (2012-2013)
Qanunvericiliyin təkmilləşdirilməsi; Demokratik idarəetmə; Ədalət, Azadlıq və Təhlükəsizlik; Demokratiya, effektiv idarəetmə və stabillik İqtisadi inteqrasiya və qanunvericiliyin uyğunlaşdırılması; Dərin və hərtərəfli azad ticarət haqqında uzunmüddətli; razılaşmaların əldə edilməsi; İqtisadi inteqrasiya və Aİ siyasəti ilə uyğunlaşma Enerji təhlükəsizliyi üzrə dialoqun inkişafı; Qanunvericilik və enerji siyasətlərinin uyğunlaşdırılması; Enerji təklifinin diversifikasiyası; Enerji təhlükəsizliyi Gənclərin informasiya cəmiyyəti və media, təhsil və tədqiqat, o cümlədən mədəniyyət və könüllülük prinsipli əməkdaşlıq vasitəsilə inteqrasiyası İnsanlar arasında əlaqələr

6 Şərq Tərəfdaşlığının fundamental dəyərlərinə aşağıdakılar daxildir:
Demokratiya və hüquqi dövlət İnsan hüquqları və fundamental azadlıqlara hörmət Bazar iqtisadiyyatı və davamlı inkişaf

7 Aparıcı təşəbbüslər ŞT sərhədlərin nəzarət olunmasına nə kimi yenilik gətirəcək? ŞT sərhəd nəzarətinə dünya praktikasını tətbiq edərək onun Aİ standartlarına uyğunlaşdırılmasını həyata keçirir, Avropa qitəsində vətəndaşların hərəkətini asanlaşdırır. Bura aşağıdakı sahələr daxildir: ticarət, gömrük, viza, sərhədlərin delimitasiyası. ŞT-nin Kiçik və Orta Sahibkarlıq üçün əhəmiyyəti nədir? Kiçik və Orta Sahibkarlıq üçün olan mexanizmin əsas məqsədi tərəfdaş ölkələrdə yerləşən kiçik və orta müəssisələrin rolunu biznes mühiti və qanunvericilik çərçivəsində artırmaqdır. ŞT-nin enerji təminatına töhfəsi nədən ibarətdir? ŞT-nin əsas məqsədlərindən biri Avropa İttifaqı, tərəfdaş dövlətlər və bir-biri ilə əlaqəli şəbəkələrin enerji bazarları, enerji səmərəliliyi, təchizat təhlükəsizliyini artırmaq və iqlim dəyişikliyi ilə bağlı hədəflərin yerinə yetirilməsinə töhfə vermək məqsədilə inteqrasiyasına nail olmaqdır. ŞT-nin enerji təminatında rolu nədir? ŞT enerji təminatında nail olmaq üçün istehsalçılar, istehlakçılar və operatorlar arasında daha sıx əlaqələrin qurulmasına səbəb olacaq və Aİ və tərəfdaş dövlətlərdə tam təhlükəsiz enerji təchizatına zəmanət verəcək, o cümlədən növbəti enerji böhranlarının qarşısını alacaq addımların atılması deməkdir. Təbii fəlakətlər zamanı ŞT nəyə xidmət edir? ŞT həmçinin təbii və ya insan fəaliyyəti nəticəsində yaranan fəlakətlərin qarşısını almaq, belə fəlakətlərə hazırlıq olmaq üçün ŞT ölkələri və Aİ arasında daha sıx əməkdaşlıq vasitəsilə yerli və regional səviyyədə baş verə biləcək fəlakətlərin qarşısını almaq və ya idarə etmək üçün imkanların yaradılmasına xidmət edir; Ətraf mühitin qorunmasında ŞT-nin iştirakı nədən ibarətdir? Ətraf mühit idarəçiliyi , ətraf mühitin qorunması, tullantıların qarşısını almaq və iqlim dəyişikliyinin azaldılmasına xidmət məqsədilə rəsmi və qeyri-rəsmi razılaşmalarda beynəlxalq, yerli və regional səviyyədə bir sıra fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir.

8 ŞT çərçivəsində Vətəndaş Cəmiyyəti (VC)
ŞT-nin tərəfdaş dövlətlərdə Vətəndaş Cəmiyyəti Təşkilatlarına (VCT) nə təklif edir: Demoqrafik və bazar iqtisadiyyatı yolunda islahatların uğur qazanması üçün VC-nin inkişafı və iştirakçılığı əsas faktordur. AŞ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun əsasını qoymaqla VCT-ləri dəstəkləyir. Forum VCT ilə dövlət qurumları arasında dialoqların sürətləndirilməsinə xidmət edəcək. Vətəndaş Cəmiyyəti Forumunun əhəmiyyəti Təşəbbüs 7 may 2009-cu il tarixində baş tutan Praqa Sammitində təsdiq olunub. Forum Avropa Qonşuluq Siyasətinin bir hissəsidir. Forumun məqsədi vətəndaş cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək və ictimai həyatda və islahatlar prosesində onların aktiv iştirakını artırmaqdır. Forumun rolu Aİ-yə üzv dövlətlər və Şərqi Avropa dövlətləri tərəfindən tanınıb Forum nümayəndələri daimi olaraq tematik platformalarda iştirak edir. Foruma nəzarəti Rəhbər Komitə yerinə yetirir. Onun vəzifələri: tematik platformaların yığıncaqlarında iştirak etmək; işçi qrupları ilə əlaqə saxlamaq; yerli platformaların inkişafına dəstək vermək; informasiya mübadiləsini həyata keçirmək. Vətəndaş Cəmiyyəti Forumu Vətəndaş Cəmiyyəti Təşkilatları arasında aşağıdakıları təşkil edir: dialoqlar; informasiya, fikir və təcrübə mübadiləsi; tövsiyələr; fəaliyyət monitorinq.

9 ŞT çərçivəsində Milli Platformalar
ŞT Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının məqsədi: Vətəndaş Cəmiyyətinin Şərq Tərəfdaşlığı Proqramının inkişafı sahəsində fəaliyyətini Azərbaycanda tanıtmaq; Bu istiqamətdə atılacaq addımlar və təşəbbüsləri əlaqələndirmək. Milli Platforma nələri edəcəkdir: VCF səviyyəsində fəaliyyəti əlaqələndirmək; VCF-nin fəaliyyətinin Azərbaycanda təbliği ilə məşğul olmaq; VCF-da müzakirə olunan məsələ və qəbul olunan qərarları yerlərdə reallaşdırmaq və rəylər toplamaq; Platformaların inkişafı ilə bağlı təkliflər toplamaq və ölkə üzrə istiqamətləri müəyyən etmək; Forumda iştirak etmək üçün Azərbaycanda vətəndaş cəmiyyətini həvəsləndirmək və yeni üzvlərin cəlb olunmasını təşkil etmək;

10 ŞT və Azərbaycan- Əsas məqamlar
Şərq Tərəfdaşlığının təsis olunması. Azərbaycandan ilk növbədə 21, daha sonra isə 25 təşkilat akkreditasiya olunmuşdur. ŞT çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında danışıqların birinci və ikinci raundları keçirilir. Hər iki tərəf əlaqələrin genişləndirilməsində maraqlıdır. Aİ dövlətlərinin xarici işlər nazirləri ŞT ölkələri ilə əlaqələri genişləndirməyə qərar verirlər Viza danışıqlarının sonuncu mərhələsi: 2013-cü ilin sonunadək vizanın sadələşdirilməsi 1999: Entry into force of the EU-Azerbaijan Partnership and Cooperation Agreement. 2006: Approval of the EU-Azerbaijan Action Plan. 2006: EU-Azerbaijan Memorandum of Understanding on a strategic partnership in the field of energy. 2009: Azerbaijan ratified the 2005 UNESCO Convention on the Protection and Promotion of the Diversity of Cultural Expressions 2009: Neighbourhood Investment Facility - Azerbaijan is eligible for three regional projects for a total value of EUR 24 million in support of the energy and the private sectors : The ENPI1 envelope for Azerbaijan stands at EUR 88 million 2010: Launch of the Association Agreement negotiations with the EU. : The new National Indicative Programme (NIP) for Azerbaijan was adopted in May 2010 and has a budget of EUR million. The programme is geared towards supporting the achievement of key policy objectives as outlined in the EU-Azerbaijan Action Plan and pursues three priorities: (1) democratic structures and good governance, (2) socio-economic reform and sustainable development, trade and investment, regulatory approximation and reform and (3) Partnership and Co-operation agreement and ENP Action Plan implementation, including in the in the areas of energy security, mobility and security. 2011: Joint EU – Azerbaijan Declaration on the Southern Gas Corridor. (EU Neighbourhood Info)

11 ŞT və Azərbaycan: Barometr
ŞT ölkələrinin orta göstəricisi Azərbaycan Aİ ilə ölkənizin əlaqələrindən razısınızmı? Aİ-yə münasibətiniz: Razıyam Tam Müsbət Narazıyam Neytral Bilmirəm Tam Mənfi Bilmirəm Mənbə: Avropa Qonşuluq Barometri, 2012

12 Bu məlumatlandırma sənədi Avropa Birliyi tərəfindən maliyyələşdirilir
Bu məlumatlandırma sənədi Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Layihə Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi ( və Moldovanın Regional Ətraf Mühit Mərkəzi ( tərəfindən icra edilir. Bu buraxılışda olanlar layihə icraçılarının məsuliyyətindədir və heç bir halda Avropa Birliyinin mövqeyini əks etdirmir. Qrafiklər və şəkillərin müəlliflik hüquqları İSİM və PhotoBucket.com-a məxsusdur.


Download ppt "Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı və Azərbaycan"

Similar presentations


Ads by Google