Download presentation
Presentation is loading. Please wait.
1
İstehsal və iqtisadi artım
25 İstehsal və iqtisadi artım Dr. Elşən BAĞIRZADƏ
2
İstehsal və iqtisadi artım
Bir ölkənin həyat standartları onun məhsul və xidmətlər istehsalı bacarığından asılıdır.
3
İstehsal və iqtisadi artım
Zaman keçdikcə bir ölkənin həyat standartlarında böyük dəyişikliklər baş verir.
4
İstehsal və iqtisadi artım
Keçən əsrdə ABŞ-da adambaşına düşən real ÜDM formasında orta gəlir hər il 2 faiz artmışdır.
5
İstehsal və iqtisadi artım
Məhsuldarlıq işçinin hər saatda istehsal etdiyi əmtəə və xidmətlərin məcmusudur. Ölkənin həyat standartını işçilərinin məhsuldarlıq səviyyəsi müəyyən edir.
6
Cədvəl1: İqtisadi artım təcrübələrinin müxtəlifliyi
Copyright©2004 South-Western
7
DÜNYADA İQTİSADİ ARTIM
Adambaşina düşən real ÜDM formasında həyat standartı ölkələr arasında mühüm dərəcədə fərqlidir.
8
DÜNYADA İQTİSADİ ARTIM
Ən yoxsul ölkələr elə bir ortalama gəlir səviyyəsinə malikdirlər ki, bu səviyyə ABŞ-da onilliklərlər müşahidə olunmamışdır.
9
DÜNYADA İQTİSADİ ARTIM
Kiçik görünən illik iqtisadi artım səviyyəsi uzun illər davam edərək böyük ola bilər. Bu müəyyən dövr ərzində iqtisadi artım yığılmasının olduğunu göstərir.
10
MƏHSULDARLIQ: ONUN ROLU VƏ DETERMİNANTLARI
Məhsuldarlıq dünyada bütün xalqların həyat standartlarını müəyyən etmədə açar rola malikdir.
11
Nə üçün məhsuldarlıq belə vacibdir?
Məhsuldarlıq işçinin hər iş saatı ərzində istehsal edə bildiyi əmtəə və xidmətlərin məcmusudur.
12
Nə üçün məhsuldarlıq belə vacibdir?
Ölkələr arasında həyat standartlarının fərqliliyini dərk etmək üçün əmtəə və xidmətlər istehsalına fikir verilməlidir.
13
Nə üçün məhsuldarlıq belə vacibdir?
Əmtəə və xidmətlər istehsalında istifadə olunan resurslar istehsal amilləri adlanır. İstehsal amilləri birbaşa məhsuldarlığı müəyyən edir.
14
Məhsuldarlıq necə müəyyən edilir?
İstehsal amilləri Fiziki kapital İnsan kapitalı Təbii resurslar Texnoloji bilik
15
Məhsuldarlıq necə müəyyən edilir?
Fiziki kapital İstehsal olunmuş istehsal amilidir. Keçmişdə istehsal prosesindən əldə edilmiş və hazırda istehsal prosesinə daxil olan resursdur. İstehsalda istifadə olunan bina və avadanlıqlardır. Avtomobilləri quraşdırmaqda və ya təmir etməkdə istifadə olunan alətlər. Mebel quraşdırmaqda istifadə olunan alətlər. Ofis binaları, məktəblər və.s
16
Məhsuldarlıq necə müəyyən edilir?
İnsan kapitalı İşçinin təhsil, treyninq və təcrübə yolu ilə əldə etdiyi bilik və bacarıqları ifadə etmək üçün iqtisadçılar tərəfindən istifadə olunan termindir. Fiziki kapital kimi insan kapitalı da xalqın əmtəə və xidmətlər istehsalı bacarığını yüksəldir.
17
Məhsuldarlıq necə müəyyən edilir?
Təbii resurslar İstehsalda istifadə olunan və təbiət tərəfindən təmin edilən resurslardır. Məsələn, torpaq, çaylar və mineral ethiyatlar kimi. Ağaclar və meşələr kimi bərpa oluna bilən resurslar. Neft və kömür kimi bərpa oluna bilməyən resurslar. Yüksək məhsuldarlıqlı əmtəə və xidmətlər istehsalı baxımından iqtisadiyyat üçün əhəmiyyətli ola bilər, ancaq zəruri deyildir.
18
Məhsuldarlıq necə müəyyən edilir?
Texnoloji bilik Cəmiyyətin əmtəə və xidmətlər istehsalının ən yaxşı yollarını bilməsi. İnsan kapitalı iş qüvvəsinin bu bilikləri əldə etməsi üçün xərclənmiş resursları ifadə edir.
19
ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası
İqtisadçılar istehsalda istifadə olunan resursların miqdarı ilə istehsaldan əldə olunan məhsulun miqdarı arasındakı əlaqəni təsvir etmək üçün çox vaxt istehsal funksiyasından istifadə edirlər.
20
ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası
Y = A F(L, K, H, N) Y = istehsal olunmuş məhsul miqdarı A = mümkün istehsal texnologiyası L = əmək miqdarı K = fiziki kapitalın miqdarı H = insan kapitalının miqdarı N = təbii resursların miqdarı F( ) istehsal amillərindən istifadə kombinasiyasını göstərən funkisyadır.
21
ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası
İstehsal funksiyası miqyasa görə sabit məhsuldarlıqa əsaslanır və burada x hər hansı pozitiv rəqəmdir. xY = A F(xL, xK, xH, xN) Belə ki, bütün istifadə olunan istehsal amillərinin miqdarı ikiqat artırsa, istehsal olunan məhsul miqdarı da ikiqat artır.
22
ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası
Miqyasa görə sabit məhsuldarlıqlı istehsal funksiyaları aşağıdakı kimi də ifadə olunur. x = 1/L, Y/ L = A F(1, K/ L, H/ L, N/ L) Burada: Y/L = işçi başına məhsul istehsalı K/L = işçi başına fiziki kapital H/L = işçi başına insan kapitalı N/L = işçi başına təbii resurslar
23
ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası
Əvvəlki bərabərlikdən aydın olur ki, məhsuldarlıq (Y/L) işçi başına fiziki kapital (K/L), işçi başına insan kapitalı (H/L) və işçi başına təbii resurslardan (N/L), həmçinin də texnologiyanın vəziyyətindən (A) asılıdır.
24
İQTİSADİ ARTIM VƏ DÖVLƏT SİYASƏTİ
Hökumətlər məhsuldarlıq və həyat standartlarının yüksəldilməsi məqsədilə çoxlu tədbirlər görə bilirlər.
25
İQTİSADİ ARTIM VƏ DÖVLƏT SİYASƏTİ
Məhsuldarlıq və həyat standartlarını yüksəldən hökumət siyasətləri Yığım və investisiyanı stimullaşdırmaq Xarici investisiyaları stimullaşdırmaq Təhsil və treninqi stimullaşdırmaq Mülkiyyət hüquqlarının qorunmasını və siyasi stabilliyi təmin emtək Azad ticarəti stimullaşdırmaq Tədqiqat və təkmilləşmələri stimullaşdırmaq
26
Yığım və investisiyanın əhəmiyyəti
Gələcəkdə məhsuldarlığı artırmanın bir yolu da kapital istehsalına sərf edilən resursları artırmaq üçün investisiya qoymaqdır.
27
Qrafik1: İqtisadi artım və investisiya
( a ) G r o w t h R a t e 1 9 6 – 1991 ( b ) I n v e s t m e n t 1 9 6 – 1991 South Korea South Korea Singapore Singapore Japan Japan Israel Israel Canada Canada Brazil Brazil West Germany West Germany Mexico Mexico United Kingdom United Kingdom Nigeria Nigeria United States United States India India Bangladesh Bangladesh Chile Chile Rwanda Rwanda 1 2 3 4 5 6 7 10 20 30 40 İqtisadi artım (faizlə) İnvestisiya (ÜDM-də faizlə) Copyright©2003 Southwestern/Thomson Learning
28
Azalan məhsuldarlıq və inkişafın səmərəlilik effekti
Kapital ehtiyatı artdıqca əlavə kapital vahidindən əldə olunan əlavə məhsul istehsalı azalır. Buna azalan məhsuldarlıq deyilir. Azalan məhsuldarlıq səbəbindən yüksək yığım dərəcəsi daha böyük iqtisadi artıma səbəb olur.
29
Azalan məhsuldarlıq və inkişafın səmərəlilik effekti
Uzunmüddətli dövrdə daha yüksək yığım dərəcəsi daha yüksək məhsuldarlıq və gəlirə səbəb olsa da, ancaq bu dəyişənlərdə daha yüksək artıma səbəb olmur.
30
Azalan məhsuldarlıq və inkişafın sürətlilik effekti
İnkişafın səmərəlilik effekti yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətini ifadə edir.
31
Xarici investisiya Hökumətlər kapital yığılmasını və uzunmüddətli dövrdə iqtisadi artımı xarici mənbələrdən olan investisiyaları stimullşdırmaqla yüksəldə bilirlər.
32
Xarici investisiyaların formaları:
Birbaşa Xarici İnvestisiya Kapital investisiyasının sahibi və idarə edəni xarici iqtisadi subyektdir. Portfel Xarici İnvestisiya İnvestisiyalar xarici valyuta ilə maliyyələşdirilir, ancaq daxili rezidentlər tərəfindən idarə edilir.
33
Təhsil Ölkənin uzunmüddətli iqtisadi artımı üçün təhsil ən azı fiziki kapitala qoyulan investisiyalar qədər əhəmiyyətlidir. ABŞ-da hər əlavə il təhsil almaq insanların əmək haqqlarını orta hesabla 10% artırır. Beləliklə, hökumət məktəbləşməni təmin etmək və əhalinin bu məktəblərin üstünlüklərindən faydalanmalarını stmullaşdırmaqla ölkədə həyat standartlarını inkişaf etdirə bilir.
34
Təhsil Təhsilli insan istehsalın ən yaxşı yolu ilə bağlı yeni ideyalara malik ola bilər ki, bu da cəmiyyətin bilik hovuzuna daxil olar və digərlərinə əlavə faydalar təmin edə bilər.
35
Təhsil Yoxsul ölkələrin üzləşdiyi problemlərdən biri beyin axını—çox yüksək təhsilli işçilərin zəngin ölkələrə emiqrasiya etməsi problemidir.
36
Mülkiyyət hüquqları və siyasi stabillik
Mülkiyyət hüquqları əhalinin öz resursları üzərində sahibliyini həyata keçirə bilməsidir. İqtisadiyyatda mülkiyyət hüquqlarına hörmət edilməsi qiymət sisteminin işləməsinin vacib şərtlərindən biridir. İnvestisiyalarının təhlükəsizliyini hiss etmək investorlar üçün çox vacibdir.
37
Azad ticarət Ticarət bir növ texnologiyadır. Ölkə buğdanı ixrac poladı isə idxal edirsə, buğdanı polada çevirən texnologiya icad etmiş kimi mənfəət əldə etmiş olur. Bu səbəbdən ticarət məhdudiyyətlərini aradan qaldıran bir ölkə, nəticədə böyük texnoloji tərəqqi nəticəsində əldə olunan eyni iqtisadi artıma nail olacaqdır.
38
Bəzi ölkələr aşağıdakı siyasətləri həyata keçirir...
Azad ticarət Bəzi ölkələr aşağıdakı siyasətləri həyata keçirir... . . . daxili oriyentasiyalı ticarət siyasətləri: digər ölkələrlə qarşılıqlı əlaqədən qaçmaq. . . . xarici oriyentasiyalı ticarət siyasətləri: digər ölkələrlə qarşılıqlı əlaqəni stimullaşdırır.
39
Tədqiqat və təkmilləşmə
Texnoloji biliyin artması daha yüksək həyat standartını doğurur. Əksər texnoloji yeniliklər firmalar və fərdi ixtiraçılar tərəfindən aparılan özəl sektor araşdırmaları nəticəsində ortaya çıxır. Hökumət tədqiqat qrantları, vergi güzəştləri və patent sistemləri ilə texnoloji inkişaf proseslərini stimullaşdırır.
40
NÜMUNƏVİ HADİSƏ: Məhsuldarlığın Azalması və Artması
Məhsuldarlığın artım dərəcəsi heç də sabit və etibarlı deyil. ABŞ firmalarında hər iş saatında istehsal olunan məhsulla ölçülən məhsuldarlıq 1959-cu ildən 1973-cü ilə qədər hər il orta hesabla 3,2% artmışdır. Daha sonra məhsuldarlığın artım dərəcəsi azalmış və 1973-cü ildən 1995-ci ilə qədər ildə cəmi 1,5% artmışdır. Məhsuldarlıq 1995-ci ildə yenidən sürətlənərək, növbəti 6 il ərzində orta hesabla hər il 2,6% artmışdır.
41
NÜMUNƏVİ HADİSƏ: Məhsuldarlığın Azalması və Artması
Məhsuldarlıqdakı artımın dəyişmə səbəbləri çətin seziləndir. Bu dəyişikliklər daha asan ölçülən istehsal amillərinə aid edilə bilməz. Bir çox iqtisadçılar iqtisadi artımın sürətindəki artma və azalmaları əmtəə və xidmətlərin necə istehsal edilməsi ilə bağlı yeni ideyaların yaranmasındakı dəyişikliklərlə əlaqələndirirlər
42
Qrafik 2: Adambaşına real ÜDM-də artım
İqtisadi artım hər ildə faizlə) 4.0 3.5 3.0 2.5 2.0 1.5 1.0 1 8 7 – 1 8 9 – 1 9 1 – 1 9 3 – 1 9 5 – 1 9 7 – 1 9 9 – 1890 1910 1930 1950 1970 1990 2000 Copyright©2003 Southwestern/Thomson Learning
43
Əhali artımı İqtisadçılar və digər sosial elm adamları uzun müddət əhali artımının cəmiyyətə necə təsir göstərdiyini müzakirə etmişlər.
44
Əhali artımı Əhali artımı istehsalın digər amilləri ilə aşağıdakı qarşılıqlı təsirə malikdir: Təbii ehtiyatların yayılması Kapital ehtiyatının dəyərinin azaldılması Texnoloji tərəqqinin dəstəklənməsi
45
Xülasə Adambaşına düşən ÜDM ilə ölçülən iqtisadi rifah dünya üzrə dəyişir. Dünyanın ən zəngin ölkələrinin orta gəliri dünyanın ən yoxsul ölkələrinin orta gəlirindən 10 dəfə çoxdur. İqtisadiyyatda həyat standartı iqtisadiyyatın əmtəə və xidmət istehsal edə bilmək bacarığından asılıdır.
46
Xülasə Məhsuldarlıq öz növbəsində fiziki kapital, təbii resurslar və işçilərin malik olduqları texnoloji biliklərin həcmindən asılıdır. Hökumət siyasətləri müxtəlif yollarla iqtisadi artıma təsir göstərə bilir.
47
Xülasə Kapital yığılması azlan məhsuldarlığa (faydaya) malikdir.
Azalan məhsuldarlıq səbəbindən, daha yüksək yığım müəyyən müddətdə daha yüksək artıma səbəb olsa da, sonra iqtisadiyyat ən yüksək kapital, məhsuldarlıq və gəlir səviyyəsinə çatdıqda artım azalır. Həmçinin azalan məhsuldarlıq səbəbindən kapitaldan gələn gəlir yoxsul ölkələrdə daha yüksək olur.
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.