Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

25 years together with Azerbaijan

Similar presentations


Presentation on theme: "25 years together with Azerbaijan"— Presentation transcript:

1 25 years together with Azerbaijan
Joe Murphy, Southern Corridor vice president, BP Azerbaijan Georgia Turkey Region Cənab sədr, cənab Abdullayev, akademik Yusifzadə! Xanımlar və cənablar! Sabahınız xeyir olsun. Sizi hər il keçirilən bu əhəmiyyətli konfransın açılışı münasibətilə təbrik edirəm. Bu konfransda ilk dəfədir iştirak edirəm və biz hesab edirik ki, bu tədbir neft-qaz sənayesinin təqvimində çox əlamətdar bir hadisədir və regionda enerji sahəsinə həsr olunan ən böyük beynəlxalq tədbirdir. Bu, Azərbaycanda və dünyada neft-qaz sənayesindəki irəliləyişləri müzakirə etmək üçün imkan yaradan möhtəşəm tədbirdir. BP həmişə SOCAR və digər tərəfdaşlar ilə birlikdə bu tədbirdə iştirak etməkdən qürur duyub. Bu il də biz burada olmaqdan qürur duyuruq və Azərbaycanla olan tərəfdaşlığımızın 25 illiyini qeyd etdiyimiz bir vaxtda hökumət, SOCAR və tərəfdaşlarla birlikdə əldə etdiyimiz nailiyyətlərdən məmnuniyyətlə söz açmaq istəyirik. Deepwater Gunashli platform

2 Strong and reliable partnership
Bildiyiniz kimi, 1991-ci ildə Azərbaycan təkrar öz müstəqilliyini qazandı və üç il sonra mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində BP və tərəfdaşları Azərbaycan Hökuməti ilə “Əsrin müqaviləsi”ni imzaladı. Faktiki olaraq, bu hadisə möhtəşəm bir yolun başlanğıcını qoydu və tarixdə yeni bir səhifə açdı. Zaman ərzində tarix göstərdi ki, bütün iştirakçı tərəflərin sıx əməkdaşlığı ilə, tranzit ərazisinə malik ölkələrin hökumətlərinin dəstəyi və razılığını əldə etməklə, əməliyyatları təhlükəsiz, məsuliyyətli və səmərəli şəkildə həyata keçirməklə nələrə nail olmaq mümkündür. 1994-cü ildən bu vaxtadək Azərbaycan üçün, BP və tərəfdaşları üçün, habelə minlərlə ölkə vətəndaşı və layihələrdə iştirak etmiş yüzlərlə Azərbaycan şirkətləri üçün son dərəcədə möhtəşəm nailiyyətlər əldə edilib. Şübhəsiz ki, biz bütün bunlara təkbaşına nail olmamışıq. Bu müddət ərzində bizə Azərbaycan Hökuməti, SOCAR, tərəfdaşlarımız, podratçılarımız, təchizatçılarımız və yerli icmalar əhəmiyyətli dərəcədə dəstək göstərib. Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörənliyinin verdiyi əvəzsiz töhfələr və Azərbaycan xalqının dəstəyi olmadan bütün bunlar gerçəkləşə bilməzdi. Bu, Azərbaycanın və bizim gələcəyimizə xidmət edən möhtəşəm bir tərəfdaşlıqdır!

3 Building a new energy hub
$66 billion gross total investment Baku Tbilisi Ceyhan capacity: 1.2 million barrels/day South Caucasus Pipeline transported 19.9 million m3 of gas/day in 2016 Sangachal - a world-class integrated oil and gas processing terminal 9 offshore platforms 3 mobile drilling rigs ~1900 km of subsea pipelines 25 vessels involved in operations and project activities Şübhəsiz ki, biz Azərbaycanda öz adımıza gözəl uğur tarixçəmiz olduğuna inanırıq. Bu, Xəzərdə dünya səviyyəli əməliyyatların qurulmasında və iri layihələrin həyata keçirilməsində unikal təcrübəni özündə əks etdirir. Bu slaydda ötən 25 il ərzində Azərbaycanın böyüyərək necə güclü enerji mərkəzinə çevrildiyini və onun regiondakı strateji mövqeyini təsəvvür etməyiniz üçün bir sıra mühüm faktları və rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. Birlikdə biz Xəzər dənizində indiyə qədər inşa edilmiş ən böyük platformaları quraşdırmışıq. Onlar ümumilikdə 9 dünya səviyyəli platformadan ibarətdir və iyirmi ildir ki, təhlükəsiz, səmərəli və etibarlı şəkildə fəaliyyət göstərir. Fəxr hissi ilə deyə bilərəm ki, AÇG üzrə hasilat və emal qurğuları miqyasına görə BP-də ən böyük qurğular arasındadır. Biz həmçinin əməliyyatlarımızda üç səyyar qazma qurğusundan istifadə edirik. Bu qazma qurğuları platformadakı qazma qurğularımız ilə birlikdə bizim dünyada rastlaşdığımız bir sıra ən mürəkkəb və çətin quyularda uğurla qazma və tamamlama işləri həyata keçirir və biz bütün bu işlərin təhlükəsiz şəkildə və ətraf mühitin qayğısına qalmaqla həyata keçirilməsindən qürur duyuruq. Biz Səngəçalda karbohidrogenlərin texnoloji emalını həyata keçirən nəhəng terminal inşa etmişik və onu təhlükəsiz şəkildə istismar edirik. O, gündəlik 1.2 milyon barel neft və 50 milyon standart kubfut qaz saxlaya biləcək həcmə malik olmaqla dünyanın ən böyük terminallarından biridir. Bizim dənizdəki bütün platformalarımız mürəkkəb sualtı boru kəməri infrastrukturu vasitəsilə bu terminala birləşir. Terminalda artıq bir irimiqyaslı genişləndirmə işləri aparılıb və hazırda ikinci genişləndirilmə işləri aparılır. Bu terminal Azərbaycanın neft və qaz sənayesinin son dərəcədə mühüm bir tərkib hissəsidir. O, neft və qazı dünyanın ən böyük sənaye infrastrukturu layihələrindən olan BTC və CQBK boru kəməri boyunca nəql olunmasına imkan yaradır. Bu boru kəmərləri Xəzər dənizindəki neft və qaz yataqlarını Aralıq dənizi və regional bazarlar ilə birləşdirir. Bu infrastruktur genişləndirilmə imkanına malikdir və hazırda orada genişləndirilmə aparılır ki, bu da gələcəkdə Azərbaycan, BP və tərəfdaşlarımız üçün dəyərin artırılmasına zəmin yaradacaq və regionda strateji baxımdan qabaqcıl mövqe tutmağımıza imkan verəcək. Ümumilikdə biz quruda ümumi uzunluğu 3000km-dən artıq olan üç boru kəməri sisteminin və eləcə də Qara dəniz və Aralıq dənizində yerləşən iki dəniz ixrac sisteminin əməliyyatçısıyıq. Bu, Xəzərdə yeni nəhəng enerji mərkəzini formalaşdıran nəhəng hasilat və ixrac infrastrukturudur!

4 Modernizing the Caspian
Subsea development infrastructure ACG platforms – the biggest structures in the Caspian Extended reach drilling: 6730 meters step-out from the Chirag platform Deepest exploration well drilled in the Caspian – 7300 meters in Shah Deniz Bu yeni enerji mərkəzini qurduqca biz Xəzərdə sənayenin modernləşdirilməsini təmin etmək üçün ən müasir sənaye təcrübələrini tətbiq etmişik. Biz beynəlxalq bilik və təcrübələrimizi, o cümlədən dənizdəki nəhəng yataqların işlənməsi üzrə təcrübəni, eləcə də sənayedəki qabaqcıl texnologiyaları Azərbaycandakı yerli təcrübə və səriştələrlə birləşdirmişik. Biz özümüzü texnologiyalara əsaslanan şirkət kimi görürük. Həm AÇG, həm də Şahdəniz yatağının işlənməsi bu təcrübə və biliklərə söykənir. Şahdəniz Mərhələ 2 layihəsi Azərbaycana yatırılmış ən böyük birbaşa xarici investisiya olmaqla və Xəzər regionunda inşa ediləcək və quraşdırılacaq ilk sualtı işlənmə sistemi olmaqla dünyanın neft-qaz sənayesinin indiyədək rastlaşdığı ən mürəkkəb layihələrdən biridir. Xəzərdəki ilklərin siyahısı uzundur, lakin mən onlardan əhəmiyyətli olmuş bəzilərini vurğulamaq istəyirəm: Biz 4-ölçülü seysmik tədqiqatların aparılmasında qabaqcıl mövqedəyik. Bu tədqiqatlardan AÇG-də istifadə edərək laylarda neftin, qazın və suyun hərəkətinə nəzarət edirik. Biz bu yaxınlarda BP-nin yaratdığı Müstəqil Sinxron Mənbələr texnologiyasından istifadə edərək Abşeronun dayazsulu hissəsində 1300 kvadrat kilometr sahədə seysmik məlumatlar toplamışıq. Bu, bizə keçmişdə illərlə vaxt sərf edilən işi 7 aya görməyə imkan verib. Biz sualtı suvurma və qazvurma quyularının ilk tətbiqini Xəzərdə müşahidə etmişik. Xəzərdə dünyanın bir sıra ən uzun quyularını qazmışıq – Çıraq yatağında platformadan 5300metr konturxarici məsafəyə çıxmaqla qazılmış 6730m uzunluğunda olan böyük inhiraflı maili quyu burada bu vaxtadək qazılmış ən uzun quyudur. Slayda nəzər salsanız, bu quyunun Bakı buxtasında hansı miqyasda ola biləcəyini görə bilərsiniz. Biz quyuların vəziyyətinə və quyuların daxilindəki axına nəzarət etmək üçün fiber optik texnologiyalar istifadə edirik. Biz quyulardakı qumla bağlı problemləri həll etmək üçün qabaqcıl Genişlənə bilən Kəmər Seksiyası texnologiyasından istifadə etmişik. Çəkisi tondan artıq olan birləşdirilmiş göyərtələr və dayaq bloklarını inşa etmək iqtidarında olan yerli istehsalat obyektlərin yaradılması. Dayaq plitəsinin quraşdırılmasında sualtı payavurma çəkiclərindən istifadə edilməsi və üst tikililəri sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirməklə onların vahid qurğu kimi quraşdırılması. Bunlar Azərbaycanda dəniz yataqlarının işlənməsinə əhəmiyyətli töhfə verən müasir texnologiyalarla birlikdə Xəzər regionuna gətirilmiş qabaqcıl sənaye təcrübələrindən sadəcə bir neçəsidir. Biz həmçinin inanırıq ki, Azərbaycanda sənaye öz üzərinə düşən işlərin öhdəsindən layiqincə gələ biləcək səviyyədə inkişaf edib. Əməliyyatlarımız və layihələrimiz əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə sənayedə aparıcı standartlara uyğun həyata keçirilir. Regionda əməyin təhlükəsizliyi üzrə göstəricimiz sənayedə ən yüksək kvartildədir. Bütün layihələrimiz təbii landşafta minimal təsirlə həyata keçirilir. Misal üçün qeyd etmək lazımdır ki, ötən iyirmi ildə biz ən azı 110 ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi aparmışıq və dəniz, quru və sahilyanı zonanın monitorinqi üzrə təxminən 250 tədqiqat həyata keçirmişik. Bizim ixrac sistemimiz dünya standartlarına uyğun fəaliyyət göstərir. BTC boru kəməri fəaliyyətə başladığı ilk gündən etibarən son dərəcədə yaxşı texniki təhlükəsizlik və etibarlılıq göstəriciləri nümayiş etdirib ki, bu da Azərbaycan üçün və operator olaraq bizim üçün qürur mənbəyidir.

5 Direct benefits to people
$72 million spent on sustainable social investment projects Building local capabilities Caring for communities Education and training ~3000 employees and 24,000+ people involved in projects at peak Arts, culture and sport Sənayemiz bu cür strateji və nüfuzlu layihələrə cəlb olunduqda, biz təbii şəkildə iqtisadiyyatın onurğa sütununa çevrilirik və təbii ki, biz cəmiyyətdə daha geniş rol oynamalıyıq. Beləliklə, ən böyük xarici investor, təhlükəsiz operator, uzunmüddətli və etibarlı tərəfdaş olmaqla yanaşı, BP həm də qonşuluğundakı icmaların və ümumilikdə cəmiyyətin birbaşa faydalandığı bir sıra fəaliyyətlərə cəlb olunmaqla ölkədə layiqli korporativ vətəndaş olmaq öhdəliyinə sadiq qalıb. Buna görə də, mən çox məmnunam ki, sosial sərmayə proqramlarımız əsasən təhsil və təlim, mədəniyyət və idman, ətraf mühitin mühafizəsi, yerli icmalar üçün yeni səriştələrə yiyələnməyə yardım edən və yeni biznes və məşğulluq imkanları yaradan iqtisadi imkanların yaradılması kimi sahələrə dəstək verilməsinə yönəlib. Bu vaxtadək BP və tərəfdaşları Azərbaycanda bu cür sosial və icma inkişaf layihələrinə təxminən 72 milyon dollar vəsait xərcləyib. Ötən 25 il ərzində əməliyyatlarımız və layihələrimiz çərçivəsində yerli işçi qüvvəsi üçün on minlərlə iş yerləri yaradılıb. Təkcə ŞD2 və boru kəməri layihələri tikinti işlərinin intensiv dövründə dən çox Azərbaycan vətəndaşını işlə təmin edib. Həmçinin Azərbaycanda birbaşa BP şirkətində təxminən 3000 nəfər yerli əməkdaş işləyir ki, onların əksəriyyəti yüksək rəhbər vəzifələrdədir, o cümlədən dünya səviyyəli platformalarımızın, terminallarımızın və boru kəmərlərimizin menecerləridir və BP-nin regional rəhbərlik qrupunun üzvləridir. Mən Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığımız çərçivəsində ölkədə idman sahəsindəki potensialın artırılmasına verdiyimiz dəstəyi xüsusilə vurğulamaq istəyirəm. Biz bu ölkənin istedadlı idmançılarına və milli komandalarına dəstək olmaqdan məmnunluq duyuruq. Bu yaxınlarda Bakıda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarına sponsorluq etmişik. Oyunlar zamanı Azərbaycanla birlikdə olmaq bizim üçün böyük şərəf idi və biz Azərbaycanın uğuru və BP-nin yeddi idmançı səfirinin qazandığı uğurla qürur duyuruq.

6 Looking to the future Bu slayddan görünür ki, möhtəşəm layihələr davam edir və burada gələcək, eləcə də keçmiş işlər göstərilməklə böyük imkanlardan bəhs edilir. Operator olaraq, məqsədimiz beynəlxalq enerji standartlarına cavab verən layihələrə sərmayə qoyuluşunu davam etdirməkdir. Biz bu layihələri təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirmək üçün Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiyaları və təcrübələri gətirməyə davam edəcəyik. Biz Xəzər hövzəsində möhtəşəm yeni layihələrimizi – AÇG-nin gələcək işlənməsi, Abşeron Yarımadasının Dayazsulu Hissəsi, Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik. 25 illik uğurlu təcrübəyə malik olmaqla biz bu layihələri uğurla geçməkləşdirmək əzmindəyik. Şahdəniz Mərhələ 2 layihəsi şübhəsiz ki, yalnız region üçün deyil, həm də dünyanın qaz sənayesi üçün bu günün və sabahın ən önəmli layihələrindədir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 28 milyard dollar dəyərindəki bu layihənin BP-nin operatoru olduğu Azərbaycan və Gürcüstan ərazisindəki hissələrinin 93%-dən çoxu mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri baxımından başa çatıb və 2018-ci ildə Şahdəniz Mərhələ 2 çərçivəsində ilk qazın nəql edilməsi planı qrafik üzrə davam edir ci ildə Avropaya ilk qazın nəql olunması üçün davam etməkdə olan işlər Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ərazilərindən keçəcək BP-nin operatoru olmadığı boru kəmərlərini əhatə edir. Ümid edirəm ki, bu təqdimat bizim bu nəhəng sektorda gələcəyə investisiya kimi həyata keçirdiyimiz bütün işlər barədə müəyyən təsəvvür yarada bildi. Bu investisiyanı biz Azərbaycanda və bütün dünyada çoxsaylı dostlarımız və tərəfdaşlarımızla birlikdə davam etdirəcəyik. Biz inanırıq ki, uğur qazanmağa davam edəcəyik və birlikdə əməkdaşlıq və tərəfdaşlıq ruhu çərçivəsində uğurlu nailiyyətlərə imza atacağıq. ACG PSA until 2024 with potential future development Shah Deniz PSA extended until 2048

7 Shah Deniz 2 / SCPX progress video
İndi isə, sizi Azərbaycan sənayesinin tarixində ilk dəfə Xəzərdən Avropaya qazı nəql edəcək, dünyanın ən böyük layihələrindən biri olan Şahdəniz 2/Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin irəliləyişini əyani şəkildə görməyə imkan verən qısa video-filmə baxmağa dəvət edirəm. Təşəkkür edirəm!


Download ppt "25 years together with Azerbaijan"

Similar presentations


Ads by Google