Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti

Similar presentations


Presentation on theme: "Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti"— Presentation transcript:

1 VI BÖLMƏ MÜHAZİRƏ QEYDLƏRİ: RESURSLAR VƏ TİCARƏT - HECKSCHER-OHLIN NƏZƏRİYYƏSİ
Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Kafedrası Bakı Təqdimatlarda Paul R. Krugman ve Maurice Obstfeld tərəfindən yazılmış “International Economics: Theory and Policy”, James Gerber tərəfındən yazılmış “International Economics” və Halil Seyidoğlu tərəfındən yazılmış “Uluslararası İktisat: Teori, Politika ve Uygulama” adlı dərsliklər əsas götürülmüşdür. Fənn: Beynəlxalq İqtisadi Münasibətlər

2 Mündəricat Giriş İki Faktorlu İqtisadiyyat Modeli İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri Heckscher-Ohlin Modelinin Empirik Dəlil Xülasə VI Bölmənin əsas anlayışları Mənbələr ……………………………………………………… Copyright © 2003 Pearson Education, Inc.

3 Giriş Rikardo modeli xarici ticarətin səbəbini bir faktorlu model çərçivəsində ölkələr arasındakı məhsuldarlıq fərqliliklərilə izah etmiş, ancaq bu məhsuldarlığın səbəblərinə toxunmamışdır. Heckscher-Ohlin nəzəriyyəsi ilk dəfə İsveçli iqtisadçı Eli. F. Heckscher ( ) tərəfindən 1919-cu ildə nəşr edilən “Gəlir Bölgüsü Üzərində Xarici Ticarətin Təsiri” adlı məqalədə ortaya atılmış, sonradan isə tələbəsi, iqtisadçı və siyasətçi Bertil Ohlinin ( ) 1933-cu ildə nəşr edilən “Regional və Beynəlxalq Ticarət” adlı kitabında inkişaf etdirilmişdir. Müqayisəli üstünlük nəzəriyyəsinin çatışmazlıqlarını ortadan qaldırmaq məqsədi daşıyan nəzəriyyə, əslində Heckscher-Ohlin, Faktor Bərabərliyi, Stolper-Samuelson ve Rybczynski Teoremlərindən ibarətdir. Copyright © 2003 Pearson Education, Inc.

4 İki Faktorlu İqtisadiyyat Modeli
Real dünyada, ticarət qismən də olsa, əmək məhsuldarlığındakı fərqliliklə şərh edildiyi zaman, eyni zamanda ölkə faktorlarındakı fərqliliklər də ortaya çıxır. Heckscher-Ohlin nəzəriyyəsi: Ticarətin yeganə mənbəyinin faktor fərqlilikləri olduğu irəli sürülür. Müqayisəli üstünlüyə aşağıdakıların təsiri etdiyini göstərir: Ölkələrin nisbi faktor bolluğu (factor abundance) Malların nisbi faktor tutumluğu (factor intensity) Bu eyni zamanda faktor nisbətləri nəzəriyyəsi (factor-proportions theory) olaraq da göstərilir. Copyright © 2003 Pearson Education, Inc.

5 İki Faktorlu İqtisadiyyat Modeli
Modelin Fərziyyələri İqtisadiyyat iki mal – geyim və ərzaq istehsal edə bilir. Bu malların istehsalı təklifi məhdud olan iki istehsal amili – Əmək (L) və Torpaq (T) tələb edir. Ərzaq istehsalı torpaq tutumlu (land-intensive), geyim istehsalı ilə əmək tumutmludur(labor-intensive). Bütün bazarlarda mükəmməl rəqabət hakimdir. Copyright © 2003 Pearson Education, Inc.

6 İki Faktorlu İqtisadiyyat Modeli
Şəkil 1: Ərzaq İstehsalında İstehsal Amilləri İmkanları Hər kalori üçün istifadə olunan torpak, akrla, aTF , Hər kalori üçün istifadə olunan Əmək, saatla aLF , // Bir kalori ərzaq istehsalında istehsalı amili kombinasiyaları Copyright © 2003 Pearson Education, Inc.

7 İki Faktorlu İqtisadiyyat Modeli
Faktor Tutumluluğu İki mallı (geyim və ərzaq) və iki faktorlu (əmək və torpaq) dünyada, hər hansı bir əmək haqqı-renta nisbətində ərzaq istehsalında istifadə olunan torpaq-əmək nisbəti geyim istehsalında olandan yüksəkdirsə, o zaman ərzaq istehsalı torpaq tutumludur: TF/LF > TC/ LC Mələlə: Əgər ərzaq istehsalı 80 işçi və 200 akr istifadə edirsə, bunun əvəzinə geyim istehsalı 20 işçi və 20 akr istifadə edirsə, o zaman ərzaq torpaq tutumlu, geyim isə əmək tutumludur. Copyright © 2003 Pearson Education, Inc.

8 İki Faktorlu İqtisadiyyat Modeli
Şəkil 2: Faktor Qiymətləri və İstehsal Amili Seçimləri Əmək haqqı-renta nisbəti, w/r Torpaq-əmək nisbəti, T/L CC FF Copyright © 2003 Pearson Education, Inc.

9 İki Faktorlu İqtisadiyyat Modeli
Faktor Qiymətləri və Mal Qiymətləri Stolper-Samuelson Teoremi (təsiri): Əgər malın nisbi qiyməti artırsa, faktor təklifi sabittirsə, istehsalda intensiv istifadə edilən faktorun nominal və real qazancı artır, digər faktorun nominal və real qazancı isə azalır. Əksi də doğrudur. Copyright © 2003 Pearson Education, Inc.

10 İki Faktorlu İqtisadiyyat Modeli
Şəkil 3: Faktor Qiymətləri və Mal Qiymətləri Geyimin Nisbi Qiyməti, PC/PF Əmək haqqı-renta nisbəti, w/r SS Copyright © 2003 Pearson Education, Inc.

11 İki Faktorlu İqtisadiyyat Modeli
Şəkil 4: Mal Qiymətlərindən İstehsal Amili Seçimlərinə Torpaq- Əmək Nisbəti, T/L Geyimin Nisbi Qiyməti, PC/PF Əmək haqqı- renta, w/r CC SS FF (w/r)2 (PC/PF)2 (TC/LC)2 (TF/LF)2 (w/r)1 (PC/PF)1 (TC/LC)1 (TF/LF)1 Artım Artım Copyright © 2003 Pearson Education, Inc.

12 İki Faktorlu İqtisadiyyat Modeli
Ərzağın geyimə görə nisbi qiymətində artım, PC/PF, aşağıdakıları doğuracaqdır: Torpaq sahiblərinə nisbətlə işçilərin gəliri yüksələcək,w/r. Həm geyim, həm də ərzaq istehsalında torpağın əməyə nisbəti, T/L, yüksələcək və beləliklə hər iki mal baxımındnan əməyin marjinal məhsulu da yüksələcəkdir. Hər iki mal baxımından real əmək haqqlarının yüksəlməsi və real rentanın aşağı düşməsi yolu ilə işçilərin satın alma gücü yüksələcək və torpaq sahiblərinki isə aşağı düşəcəkdir. Copyright © 2003 Pearson Education, Inc.

13 İki Faktorlu İqtisadiyyat Modeli
İqtisadiyyatın resursları dəyişdiyi zaman iki malın buraxılışı necə dəyişir? Rybczynski Teoremi (təsir): Əgər istehsal faktoru (T və ya L) artırsa, verilmiş mal qiymətlərində onun intensiv bir şəkildə istifadə edildiyi malın təklifi artacaq, digər malın təklifi isə azalacaqdır. Əksi də doğrudur. Copyright © 2003 Pearson Education, Inc.

14 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Heckscher-Ohlin modelinin fərziyyələri: İki ölkə var (Vətən və Xarici) və bunlar aşağıdakılara sahibdir: Eyni zövqə Eyni texnologiyaya Müxtəlif resurslara Vətən Əmək/Torpaq nisbətində Xariciyə nisbətən daha yüksək göstəriciyə malikdir. Hər ölkə iki faktorlu iqtisadiyyatın eyni istehsal strukturuna malikdir. Copyright © 2003 Pearson Education, Inc.

15 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Nisbi Qiymətlər və Ticarət Həddləri Faktor bolluğu Vətən Xarici ilə müqayisə etdikdə əmək-bol(labor-abundant) ölkədir (və Xarici Vətənlə müqayisədə torpaq-bol ölkədir). Məcmu əmək/məcmu torpaq nisbəti Vətəndə Xaricidən daha çoxdur: L/T > L*/ T* Məsələn: Əgər Amerika 80 milyon işçiyə və 200 milyon akr torpağa sahibsə, İngiltərə isə 20 milyon işçiyə və 20 milyon akr torpağa sahibsə, o zaman İngiltərə əmək-bol(labor-abundant), Amerika isə torpaq-bol (land-abundant) ölkədir. Bu halda, Vətəndə qıt faktor (scarce factor) torpaq, xaricidə isə əməkdir. Copyright © 2003 Pearson Education, Inc.

16 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Nə vaxt Vətən və Xarici bir-birilə ticarət edir, onların nisbi qiymətləri bir nöqtədə birləşir. Geyimin nisbi qiyməti Vətəndə yüksəlir, Xaricidə isə aşağı düşür. Vətəndə geyimin nisbi qiymətinin yüksəlməsi geyim istehsalında artışa və nisbi istehlakında azalışa səbəb olacaq və beləliklə, Vətən geyim ixrac edən, ərzaq idxal edən ölkə olacaqdır. Əksinə, Xaricidə geyimin nisbi qiymətində azalış onu geyim idxalatçısı və ərzaq ixracatçısına çevirəcəkdir. Copyright © 2003 Pearson Education, Inc.

17 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Şəkil 5: Ticarət Nisbi Qiymətləri Bir Nöqtədə Birləşdirir Geyimin Nisbi Qiyməti, PC/PF Geyimin nisbi miqdarı, QC + Q*C QF + Q*F RD RS RS* 1 2 3 Copyright © 2003 Pearson Education, Inc.

18 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Heckscher-Ohlin Teoremi: Ölkə sahib olduğu bol faktorun intensiv istifadə edildiyi malı ixrac edəcək, qıt sahib olduğu faktorun intensiv istifadə edildiyi malı idxal edəcəkdir. Copyright © 2003 Pearson Education, Inc.

19 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Ticarət ve Gəlir Bölgüsü Ticarət nisbi qiymətləri bir nöqtədə birləşdirir. Nisbi qiymətlərdə dəyişmələr hər iki ölkədə əmək və torpağın nisbi gəlirləri üzərində güclü təsirə sahibdir: Geyimin nisbi qiymətinin yüksəldiyi Vətəndə: İşçilər torpaq sahiblərindən daha çox qazanırlar. Geyimin nisbi qiymətinin aşağı düşdüyü Xaricidə isə əksinə: Torpaq sahibləri işçilərdən daha çox qazanacaqlar. Ölkənin bol faktorlarının sahibləri ticarətdən qazanırlar, qıt faktorlarlarının sahibləri isə itirirlər. Copyright © 2003 Pearson Education, Inc.

20 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Faktor Qiymətlərinin Bərabərləşməsi Ticarət olmadığı halda: Əmək Xariciyə nisbətən Vətəndə daha az qazanclı, torpaq isə daha çox qazanclıdır. Faktor-Qiymət Bərabərliyi Teoremi: Beynəlxalq ticarət ölkələr arasında eynicinsli faktorların nisbi və mütləq qazanclarının bərabərləşməsini tamamlayacaqdır. Bu o anlama gelir ki, beynəlxalq ticarət bir növ beynəlxalq faktor mobilliyini təmin edir. Copyright © 2003 Pearson Education, Inc.

21 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Həqiqi dünyada beynəlxalq ticarət müxtəlif ölkələrdə eynicinsli faktorların qazanclarını bərabərləşdirirmi? Gündəlik müşahidələr bunun baş vermədiyini açıq şəkildə göstərir. Məsələ: Əmək haqqları doktorlar, mühəndislər, texniklər, maşinistlər və pensiyaçılar üçün ABŞ-da və Aımaniyada Koreya və Meksikada olduğundan daha yüksəkdir. Bu şərtlər altında, beynəlxalq ticarətin eynicinsli faktorların qazanclarındakı beynəlxalq fərqliliyi tamamilə ortadan qaldırmaqdan çox, azaltdığını söyləmək daha realdır. Copyright © 2003 Pearson Education, Inc.

22 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Şəkil 6: Müqayisəli Beynəlxalq Əmək Haqqı Nisbətləri (United States = 100) Copyright © 2003 Pearson Education, Inc.

23 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Faktor qiyməti bərabərliyinin təsbiti baxımından mühüm olan 3 fərziyyə həqiqi yalandır: Hər iki ölkə hər iki malı istehsal edir Hər iki ölkə istehsalda eyni texnologiyaya malikdir. Hər iki ülkə ticarət üçün malların eyni qiymətlərinə malikdir. Faktor-qiymət bərabərləşməsi teoremi beynəlxalq ticarətin adambaşına gəlirlər arasındakı fərqlilikləri azaldacağı və ya ortadan qaldıracağı ilə bağlı da heç bir şey söyləmir. Copyright © 2003 Pearson Education, Inc.

24 İki Faktorlu İqtisadiyyatlar Arasında Beynəlxalq Ticarətin Təsirləri
Şəkil 7: İnkişaf Etməkdə Olan Ölkələrin İxrac Strukturu (Məcmuda faizlə) Copyright © 2003 Pearson Education, Inc.

25 Heckscher-Ohlin Modelinə Empirik Dəlil
Heckscher-Ohlin Modelinin testi ABŞ Rəqəmlərinin Testi Leontief paradoksu Leontief tapmışdır ki, ABŞ ixracatı idxalatına nisbətən daha az kapital tutmludur, ancaq ABŞ dünyada ən çox kapitalı bol ölkədir. Qlobal Rəqəmlər Üzərində Testlər Bowen, Leamer və Sveikauskas Heckscher-Ohlin modelini çox sayda ölkə rəqəmlərindən istifadə edərək test etmişdir. Bu araşdırma da Leontief paradoksunu geniş ölçüdə doğrulamışdır. Copyright © 2003 Pearson Education, Inc.

26 Heckscher-Ohlin Modelinə Empirik Dəlil
Şəkil 8: ABŞ İxracat və İdxalatının Faktor Strukturu (1962) Copyright © 2003 Pearson Education, Inc.

27 Heckscher-Ohlin Modelinə Empirik Dəlil
Şəkil 9: Heckscher-Ohlin Modelinin Testi Copyright © 2003 Pearson Education, Inc.

28 Heckscher-Ohlin Modelinə Empirik Dəlil
Şimal-Cənub Ticarəti Testləri Şimal-Cənub ticarəti emalatda məcmu beynəlxalq ticarət həddlərindən Heckscher-Ohlin nəzəriyyəsinə daha çox uyğundur. Natamam Ticarət Halı (The Case of the Missing Trade) 1995-cu ildə Trefler tərəfindən aparılan araşdırma göstərmişdir ki, seçilən ölkələr arasında texnoloji fərqliliklər daha genişdir. Copyright © 2003 Pearson Education, Inc.

29 Heckscher-Ohlin Modelinə Empirik Dəlil
Şəkil 10: ABŞ və Cənubi Koreya Arasında Ticarət (1992) (milyon dollar) Copyright © 2003 Pearson Education, Inc.

30 Heckscher-Ohlin Modelinə Empirik Dəlil
Şəkil 11: Ölçülmüş Texnoloji Məhsuldarlıq 1983 (United States = 1) Copyright © 2003 Pearson Education, Inc.

31 Heckscher-Ohlin Modelinə Empirik Dəlil
Testlərin tətbiqi Heckscher-Ohlin modeli ilə bağlı empirik təcrübə aşağıdakı nəticələri doğurur: Mövcud ticarət şərtlərinin şərhi baxımından elə də uğurlu deyildir. Ticarətin gəlir bölgüsü üzərindəki təsirlərini analiz etmək baxımından əhəmiyyətli yoldur. Copyright © 2003 Pearson Education, Inc.

32 Xülasə The Heckscher-Ohlin modeli iki mallı, iki faktorlu modeldir və ticarətdə resursların rolu üzərində dayanmaqdadır. Əmək tutumlu malın nisbi qiymətində artım əmək baxımından gəlir bölgüsünü dəyişdirəcəkdir: Əməyin real qiyməti hər iki mal üzrə yüksələcək, torpaq sahiblərinin real geliri isə hər iki mal üzrə azalacaqdır. Copyright © 2003 Pearson Education, Inc.

33 Xülasə Hər hansı bir malın qiyməti üçün, istehsal faktorunda artım bu faktorun intensiv istifadə edildiyi malın təklifini artıracaq və digər malın təklifini azaldacaqdır. Heckscher-Ohlin teoremi aşağıdakı ticarət həddini irəli sürür: Ölkə bol faktoru intensiv şəkildə istifadə edən malı ixrac edəcək, qıt faktoru intensiv istifadə edən malı isə idxal edəcəkdir. Copyright © 2003 Pearson Education, Inc.

34 Xülasə Ölkədə bol faktorun sahibləri ticarətdən qazanır, ancaq qıt faktor sahibləri isə itirir. Həqiqətdə, faktor qiymət bərabərləşməsinin tamamlanması resurslarda böyük fərqliliklər, ticarət maneələri, texnologiyadakı beynəlxalq fərqliliklərdən dolayı müşahidə edilməmişdir. Empirik dəlillər Heckscher-Ohlin modelilə bağlı ziddiyyətlidir. Əksər tədqiqatçılar yalnızca resurslardakı fərqliliklərin dünya ticarət həddləri və ya dünya faktor qiymətlərini şərh etməyə yetərli ola biləcəyinə inanmırlar. Copyright © 2003 Pearson Education, Inc.

35 VI Bölmənin əsas anlayışları
Faktor bolluğu (factor abundance) Faktor tutumluğu (factor intensity) Faktor nisbətləri nəzəriyyəsi (factor-proportions theory) Stolper-Samuelson Teoremi Rybczynski Teoremi Heckscher-Ohlin Teoremi Faktor-Qiymət Bərabərliyi Teoremi Leontief paradoksu Copyright © 2003 Pearson Education, Inc.

36 Mənbələr P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley, 2006 James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005. Raymond Miller, International Political Economy: Contrasting World Views, Routledge, 2008 H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2007. R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009. Copyright © 2003 Pearson Education, Inc.


Download ppt "Müəl. Elşən BAĞIRZADƏ Azərbaycan Dövlət İqtisad Universiteti"

Similar presentations


Ads by Google