Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

HORIZON 2020 AB-nin tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı

Similar presentations


Presentation on theme: "HORIZON 2020 AB-nin tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı"— Presentation transcript:

1 HORIZON 2020 AB-nin tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı

2 «Horizon 2020» Proqramı (2014-2020)
Avropa Birliyinin Tədqiqat və Innovasiya Müsabiqələri Proqramı ( ) Büdcə - 70 milyard avro Müddət – 7 il Məqsəd: elmi laboratoriyalardan bazara çıxan ideyaları irəlilətməklə güclü texnologiyalar, ixtiralar və perspektivli işləmələrin sayının artmasına yardım edilməsi, Avropa iqtisadiyyatı və cəmiyyətinin inkişafına yönəlmiş tədqiqatların aparılması. Proqram 3 prioritet istiqaməti əhatə edir: Qabaqcıl elm Sənayenin liderliyi Sosial çağırışlar

3 Prioritet 1 Qabaqcıl elm
Məqsəd: ən yüksək səviyyəli tədqiqatların aparılmasını, istedadlı alimlərin cəlb olunması və alimlər üçün həm Avropada, həm də ondan kənarda əməkdaşlığın möhkəmləndirilməsi və fikir mübadiləsi üçün əlverişli şəraitin yaradılması, eləcə də innovativ müəssisələrin rəqabətədavamlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həyat tərzinin və maddi rifahın yaxşılaşdırılmasına yardım etmək. Büdcə - 24,4 mlrd.avro

4 Prioritet 2 Sənayenin liderliyi
Məqsəd: biznesin tədqiqatlara qoyduğu investisiyaların həcminin artırılmasını stimullaşdırmaq, bu halda innovasiyaların inkişaf etdirilməsi mümkün olan sahələrə üstünlük verilir. Bu, yeni iş yerlərinin yaradılmasına və bazara çıxmaq üçün yeni imkanlar verəcək. Büdcə - 17 mlrd.avro  Prioritet 3 Sosial çağırışlar Məqsəd: konkret sosial problemlərin həllinə yönəlmiş tədqiqatların dəstəklənməsi Büdcə - 29,7 mlrd.avro

5 Proqram iştirakçısının ilk addımları
Münasib müsabiqə və mövzunun seçilməsi Layihə üzrə partnyorların seçilməsi (və ya tədqiqatçı ya da tədqiqat qrupu tərəfindən fərdi müraciət) Təşkilatın qeydiyyatdan keçirilməsi Layihənin təqdim olunması Sonrakı mərhələlər

6 Münasib müsabiqə və mövzunun seçilməsi
Müsabiqələr (Calls) və mövzular (Topics)haqqında əsas informasiya mənbələri: Horizon 2020 Proqramı üzrə iki illik İş Proqramı (Work Programme); İştirakçı Portalının Maliyyələşmə imkanları (Funding Opportunities) bölməsi; Avropa Komissiyasının CORDİS informasiya portalı. İş Proqramı aşağıdakı məlumatları verir: Müsabiqələrin təsviri Mövzuların məzmunu,onların vəzifələri və gözlənilən nəticələr Layihələrin qəbul müddəti Maliyyənin həcmi Müsabiqədə iştirak şərtləri

7 ci illər üçün İş Proqramını Avropa Komissiyasının saytında İştirakçı Portalında tapmaq olar. İştirakçı Portalı (Participant Portal) müsabiqə haqqında informasiya əldə etmək üçün ən əsas saytdır.

8 Ərizənin verilməsi üçün elektron xidmət (Electronic Submission Service)

9 Layihənin təqdim olunması (elektron xidmət sistemi)
Search topics – mövzunun axtarışı H2020 – müsabiqə və mövzunun axtarışı Topic description – mövzunun təsviri Topic conditions and documents – əlaqədar sənədlər Start submission – layihənin təqdim olunması Get support – faydalı linklər

10 Layihə üzrə partnyorların seçilməsi (və ya tədqiqatçı ya da tədqiqat qrupu tərəfindən fərdi müraciət) Horizon 2020 Proqramı aşağıdakı layihələri dəstəkləyir: Elmi-tədqiqat və İnnovasiya layihələri (Research and Innovation Actions – RIA) Bu layihələr əsasən yeni biliklər,təkmilləşdirilmiş texonologiyalar, məhsullar və proseslərin əldə edilməsi imkanlarının araşdırılmasına yönəlir. Bu həm fundamental, həm də tətbiqi layihələr ola bilər. Müddəti 3- 5 il. İştirak etmək üçün əsas şərt: AB-nin üzvü və ya assosiasiya olunmuş 3 müxtəlif dövlətdən 3 hüquqi şəxsin konsorsium yaratması. Daha sonra ona digər təşkilatlar da qoşula bilər.

11 Layihələr İnnovasiya layihələri (Innovation Actions – IA)
Bu layihələr yeni, dəyişdirilmiş və ya təkmilləşdirilmiş məhsul, proses və ya xidmətin sxemlərinin yaradılması, planlaşdırılması və ya layihəsinin hazırlanmasını nəzərdə tutur. Bura həmçinin prototipin yaradılması, sınaqların aparılması, pilot tətbiq, məhsulun qiymətləndirilməsi və bazara çıxarılması da daxildir.Müddəti 2-3 il. Əlaqələndirmə və Dəstək layihələri (Coordination and Support Actions – CSA) Bu layihələr standartlaşdırma, nəticələrin yayımı, məlumatlılıq səviyyəsinin artırılması, yeni infrastruktur layihələrin analizi, müxtəlif ölkələrdə proqramların strateji planlaşdırılması və əlaqələndirilməsini nəzərdə tutur. Müddəti 1-2 il.

12 Layihələr Kiçik və orta sahibkarlığa dəstək aləti (SME Instrument )
Bu layihələr inkişafa və beynəlxalq bazara çıxmağa güclü meyl göstərən bütün innovativ kiçik və orta müəssisələri dəstəkləyir. Avropa Tədqiqat Şurasının qrantları (European Research Council – ERC) Bu proqram bir və ya bir neçə ölkədən elmi kollektivlərin tədqiqat layihələri üçün nəzərdə tutulub. Burada mövzu məhdudiyyəti yoxdur. Yeganə şərt tədqiqatçıları qəbul edən təşkilatın (host institution) olmasıdır. Mariya Sklodovskaya-Küri Proqramı (Marie Sklodowska- Curie Actions – MSCAs) Bu proram fərdi stipendiya hesabına tədqiqatçının xaricdə təlim keçərək karyerasını inkişaf etdirməsinə imkan verir.

13 Təşkilatın qeydiyyatdan keçirilməsi
Layihə İştirakçı Portalı vasitəsilə təqdim edilir. Portala daxil olmaq üçün təşkilat qeydiyyatdan keçməlidir. Təkilatın qeydiyyatdan keçib-keçmədiyini yoxlamaq üçün aşağıdakı ünvana müraciət etmək lazımdır: isations/register.html. Təşkilatı yalnız Portalda qeydiyyatdan keçmiş şəxs qeydiyyatdan keçirə bilər. Ona görə də həmin şəxs əvvəl özü üçün fərdi uçot vərəqi yaratmalıdır.

14 Layihənin təqdim olunması
Ərizə layihə koordinatoru tərəfindən elekton formada verilir. Ərizə nümunələri İştirakçı Portalında Yardımçı sənədlər (Reference Documents) bölməsində verilir. Layihənin müsabiqə üçün hazırlanmasına layihənin mürəkkəbliyindən asılı olaraq ay tələb oluna bilər.

15 HORIZON 2020 Diqqətinizə görə təşəkkür edirəm!
Daha ətraflı məlumat üçün:


Download ppt "HORIZON 2020 AB-nin tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı"

Similar presentations


Ads by Google