Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Pul artımı və inflyasiya

Similar presentations


Presentation on theme: "Pul artımı və inflyasiya"— Presentation transcript:

1 Pul artımı və inflyasiya
30 Pul artımı və inflyasiya Dr. Elşən BAĞIRZADƏ

2 Pulun mənası Pul insanların digər insanlardan müntəzəm olaraq əmtəə və xidmətlər satın almaq üçün istifadə etdikləri vasitələr qrupudur.

3 İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ
İnflyasiya qiymətlərin ümumi səviyyəsində artım deməkdir. Hiperinflyasiya fövqəladə yüksək inflyasiya səviyyəsidir.

4 İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ
İnflyasiya: Tarixi aspektlər 60 ildən çoxdur ki, qiymətlər ildə orta hesabla 5% yüksəlmişdir. Deflyasiya orta qiymət səviyyəsinin azalmasıdır və ABŞ-da XIX əsrdə baş vermişdir. Hiperinflyasiya məsələn, 1920-ci illərin Almaniyasında olduğu kimi çox yüksək inflyasiya səviyyəsini ifadə edir.

5 İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ
İnflyasiya: Tarixi aspektlər 1970-ci illərdə qiymətlər ildə 7 faiz artmışdır. 1990-cı illərdə qiymətlər ildə orta hesabla 2 faiz artmışdır.

6 İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ
Pulun miqdarı nəzəriyyəsi qiymət səviyyəsinin və inflyasiya dərəcəsinin uzunmüddətli faktorlarını izah etmək üçün istifadə edilir. İnflyasiya ümumilikdə iqtisadiyyatla bağlı fenomendir və ilk olaraq və əsasən iqtisadiyyatın mübadilə vasitəsinin dəyəri ilə əlaqədardır. Nə vaxt qiymətlərin ümumi səviyyəsi yüksəlir, onda pulun dəyəri də aşağı düşür.

7 Pul təklifi, Pul tələbi və Monetar tarazlıq
Pul təklifi Federal Ehtiyatlar Sistemi tərəfindən nəzarət olunan siyasi dəyişəndir. Açıq bazar əməliyyatları kimi alətlər vasitəsilə Federal Ehtiyatlar Sistemi pulun təklif həcminə birbaşa nəzarət edir. Bullet 2: Mankiw has removed the word, “directly”

8 Pul təklifi, Pul tələbi və Monetar tarazlıq
Pul tələbinin faiz dərəcələri və iqtisadiyyatda qiymətlərin orta səviyyəsi kimi müxtəlif determinantları vardır.

9 Pul təklifi, Pul tələbi və Monetar tarazlıq
Əhali pulu ona görə əlində saxlayır ki, o mübafilə vasitəsidir. Əhali əmtəə və xidmətlərin qiymətlərindən asılı olaraq əlində pul saxlayır.

10 Pul təklifi, Pul tələbi və Monetar tarazlıq
Uzunmüddətli dövrdə ümumi qiymət səviyyəsi pul təklifi ilə pula olan tələbin bir-birinə bərabər olduğu səviyyəyə uyğunlaşır.

11 Qrafik 1: Pul təklifi, pul tələbi və tarazlıq qiymət səviyyəsi
Pulun Qiymət dəyəri, FED tərəfindən təyin edilən miqdar Pul təklifi 1 / P Səviyyəsi, P (Yüksək) 1 Pul tələbi 1 (Aşağı) 3 / 1.33 4 A 1 / 2 2 Pulun tarazlıqf dəyəri Tarazlıq qiymət səviyyəsi 1 / 4 4 (Aşağı) (Yüksək) Pulun miqdarı Copyright © South-Western

12 Qrafik 2: Monetar inyeksiyanın təsirləri
Pulun Qiymət Dəyəri, M1 MS1 M2 MS2 1 / P Səviyyəsi, P (Yüksək) 1 Pul tələbi 1 (Aşağı) 1. Pul təklifindəki artım . . . 3 / 1.33 4 pulun dəyərini azaldır . . . 3. . qiymət səviyyəsini qaldırır. A 1 / 2 2 B 1 / 4 4 (Aşağı) (Yüksək) Pulun miqdarı Copyright © South-Western

13 İNFLYASİYANIN KLASSİK NƏZƏRİYYƏSİ
Pulun miqdarı nəzəriyyəsi Qiymət səviyyəsinin necə müəyyən edildiyi və zaman keçdikcə onun nə üçün dəyişdiyi pulun miqdar nəzəriyyəsi vasitəsilə açıqlanır. İqtisadiyyatda pulun mövcud olan miqdarı pulun dəyərini müəyyən edir. İnflyasiyanın ilkin səbəbi pulun miqdarındakı artımdır.

14 Klassik Dixotomiya və Monetar Neytrallıq
Nominal dəyişənlər monetar vahidlərlə ölçülən dəyişənlər. Real dəyişənlər fiziki vahidlərlə ölçülən dəyişənlər.

15 Klassik Dixotomiya və Monetar Neytrallıq
Deyvid Hyum və digərlərinə görə, real iqtisadi dəyişənlər pul təklifində baş verən dəyişikliklər ilə dəyişmir. Klassik dixotomiyaya görə real və nominal dəyişənlərə müxtəlif müxtəlif güclər təsir göstərir. Pul təklifindəki dəyişikliklər nominal dəyişənlərə təsir göstərir, ancaq real dəyişənlərə göstərmir.

16 Klassik Dixotomiya və Monetar Neytrallıq
Monetar neytrallıq monetar dəyişikliklərin real dəyişənlər üçün əsas olmamasını ifadə edir.

17 Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi
Pulun dövriyyə sürəti bir vahid pulun iqtisadiyyatda dövr edərək bir cibdən digərinə hansı tezliklə hərəkət etdiyini göstərir.

18 Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi
V = (P  Y)/M Burada: V = pulun dövriyyə sürəti P = qiymət səviyyəsi Y = istehsalın həcmi M = pulun miqdarı Velocity shouldn’t be in bold. Maybe move V down and align equal signs--it’s not..

19 Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi
Tənliyin aşağıdakı kimi yazılışı Miqdar Tənliyini verir: M  V = P  Y

20 Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi
Miqdar tənliyi məhsul istehsalının nominal dəyərinin (P  Y) pulun miqdarına (M) nisbətidir.

21 Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi
Miqdar tənliyi iqtisadiyyatdakı pulun miqdarındakı artımın üç digər dəyişəndən birində öz əksini tapmalıdır: qiymət səviyyəsi qalxmalı, istehsal həcmi artmalı və ya pulun dövriyyə sürəti azalmalıdır.

22 Qrafik 3: Nominal ÜDM, Pulun Miqdarı və Pulun Dövriyyə Sürəti
İndekslər (1960 = 100) 2,000 Nominal ÜDM 1,500 M2 1,000 500 Pulun dövriyyə sürəti 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © South-Western

23 Pulun Dövriyyə Sürəti və Miqdar Tənliyi
Tarazlıq Qiymət Səviyyəsi, İnflyasiya Dərəcəsi və Pulun Miqdar Nəzəriyyəsi Pulun dövriyyə sürəti zaman keçdikcə sabit qalır. Dövriyyə sürəti sabit olduğu üçün, mərkəzi bank pulun miqdarını (M) dəyişdikdə, istehsalın nominal dəyəri də bu dəyişikliyə mütənasib dəyişir (P  Y). Pul neytral olduğundan məhsul istehsalına təsir göstərmir.

24 NÜMUNƏVİ HADİSƏ: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər
Hiperinflyasiya hər ay 50 faizdən çox olan inflyasiyadır. Hiperinflyasiya dövlətin xərclərini qarşılamaq üçün hədsiz pul çap etdiyi bəzi ölkələrdə baş verir. Align text for second bullet.

25 Qrafik 4: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər
(a) Avstriya (b) Macarıstan Indeks Indeks (Yan = 100) (İyul 1921 = 100) 100,000 100,000 Qiymət səviyyəsi Qiymət səviyyəsil 10,000 10,000 Pul təklifi Pul təklifi 1,000 1,000 100 100 1921 1922 1923 1924 1925 1921 1922 1923 1924 1925 Copyright © South-Western

26 Qrafik 4: Dörd Hiperinflyasiya Dövründə Pul və Qiymətlər
(c) Almaniya (d) Polşa İndeks İndeks (Yan = 100) (Yan = 100) 100,000,000,000,000 10,000,000 Qiymətl səviyyəsi 1,000,000,000,000 1,000,000 Qiymət səviyyəsi 10,000,000,000 Pul təklifi 100,000 Pul təklifi 100,000,000 1,000,000 10,000 10,000 1,000 100 1 100 1921 1922 1923 1924 1925 1921 1922 1923 1924 1925 Copyright © South-Western

27 İnflyasiya vergisi Dövlət pul çap etməklə gəlirlərini artırdıqda, inflyasiya vergisi tətbiq etmiş olur. İnflyasiya vergisi pulu olan hər kəsin ödədiyi vergidir. Dövlət institutlarının dövlət xərclərini azaltmaq kimi fiskal islahatları inflyasiyanı dayandırır.

28 Real faiz dərəcəsi isə eyni qalır.
Fişer Effekti Fişer effekti nominal faiz dərəcəsinin inflyasiya dərəcəsinə birə-bir uyğunlaşmasıdır. Fişer effektinə görə inflyasiya dərəcəsi yüksəldiyi zaman nominal faiz dərəcəsi də həmin miqdarda yüksəlir. Real faiz dərəcəsi isə eyni qalır. The equation of the fisher effect must appear here or on a new next slide: “Nominal interest rate = real interest rate + inflation rate”

29 Qrafik 5: Nominal Faiz Dərəcəsi və İnflyasiya Dərəcəsi
(illik) 15 12 Nominal faiz dərəcəsi 9 6 İnflyasiya 3 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 Copyright © South-Western

30 İNFLYASİYANIN ZƏRƏRLƏRİ
Alıcılıq qabiliyyətini aşağı salır? İnflyasiya insanların real alıcılıq qabiliyyətini azaltmır.

31 İNFLYASİYANIN ZƏRƏRLƏRİ
Ayaqqabı altlığı xərcləri Menyu xərcləri Nisbi qiymət təhrifləri Vergi təhrifləri Çaşqınlıq və narahatlıq Sərvətlərin ədalətsiz təkrar bölgüsü

32 Ayaqqabı altlığı xərcləri
Ayaqqabı altlığı xərcləri inflyasiyanın insanları daha az pul saxlamağa sövq etdikdə israf olunan resurslardır. İnflyasiya pulun real dəyərini azaldır, bununla da insanlar əllərindəki nağd pulu minimumlaşdırmağa çalışırlar.

33 Ayaqqabı altlığı xərcləri
Əldə nağd pulu azaltmaq və ya az saxlamaq, sizi tez-tez banka getməyə və pulunuzu faiz gətirən hesablarınızdan çəkməyə məcbur edəcəkdir. Əldə daha az pul saxlamağın həqiqi zərəri sizin sərf etdiyiniz vaxt və narahatlıqdır. Həmçinin, banka əlavə gedib-gəlmək sizin məhsuldar fəaliyyətlərinizə sərf etdiyiniz zamanı azaldır.

34 Menyu xərcləri Menyu xərcləri dəyişkən qiymətlər səbəbindən yaranan xərclərdir. İnflyasiyalı vaxtlarda qiymət listlərini və digər elan olunan qiymətləri yeniləmək zərurəti ortaya çıxır. Bu digər məhsuldar fəaliyyətləri məhdudlaşdıran resurs istehlakı prossesidir.

35 Nisbi qiymət təhrifi və sərvətlərin səmərəsiz şəkildə bölüşdürülməsi
İnflyasiya nisbi qiymətləri təhrif edir. İstehlakçı qərarları təhrif olunur və bazarlar resursları ən yaxşı şəkildə bölüşdürə bilmirlər.

36 İnflyasiyanın səbəb olduğu vergi təhrifi
İnflyasiya kapital gəlirlərinin həcmini şişirdir və bu tipli gəlirlər üzərində vergi yükünü artırır. Belə bir şəraitdə proqressiv vergi sistemi olan ölkələrdə kapital gəlirləri daha ağır vergiyə cəlb olunur.

37 İnflyasiyanın səbəb olduğu vergi təhrifi
Nominal faiz dərəcəsinin bir hissəsinin, sadəcə olaraq, inflyasiyanı kompensasiya etməsinə baxmayaraq, gəlir vergisi əmanətlərdən əldə olunan nominal faizi gəlir kimi qəbul edir. Vergidən sonra qalan real faiz dərəcəsi azalır və əmanət toplamaq stimulu zəifləyir.

38 Cədvəl 1: İnflyasiya əmanətlər üzərinə düşən vergi yükünü necə artırır
Copyright©2004 South-Western

39 Çaşqınlıq və narahatlıq
Federal Ehtiyatlar Sistemi (Mərkəzi Bank) pul təklifini artırdıqda və inflyasiya yaratdıqda hesablaşma vahidinin dəyərini azaldır. İnflyasiya pul vahidinin müxtəlif vaxtlarda müxtəlif dəyərdə olmasına səbəb olur. Buna görə inflyasiya şəraitində zaman keçdikcə real gəlirləri, xərcləri və mənfəətləri müqayisə etmək çox çətin olur.

40 Gözlənilməz inflyasiyanın xüsusi zərəri: sərvətlərin ədalətsiz təkrar bölgüsü
Gözlənilməz inflyasiya, sərvətləri əhali arasında nə xidmət, nə də ehtiyaca aidiyyəti olmayan şəkildə təkrar bölüşdürür. Bu təkrar bölgülərin baş verməsinin səbəbi iqtisadyyatdakı bir çox borcların hesablaşma vahidi olan pul ilə təsbit olunmasıdır.

41 Xülasə İqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi pul təklifi ilə pula olan tələbi tarazlaşdıracaq şəkildə dəyişir. Mərkəzi bank pul təklifini artırdıqda, qiymət səviyyəsinin artmasına səbəb olur. Pul təklifinin həcmindəki davamlı artım davamlı inflyasiyaya səbəb olur.

42 Xülasə Monetar neytrallıq prinsipinə görə pulun miqdarındakı dəyişikliklər real dəyişənlərə deyil, nominal dəyişənlərə təsir edir. Dövlət öz xərclərinin bir hissəsini sadəcə olaraq pul çap etməklə ödəyə bilər. Dövlətlər bu “inflyasiya vergisindən” çox istifadə etdikdə, bu hiperinflyasiya ilə nəticələnir.

43 Xülasə Fişer effektinə görə, inflyasiya dərəcəsi artdıqda nominal faiz dərəcəsi də eyni qədər artır, real faiz dərəcəsi isə dəyişməz qalır. Əksər insanlar inflyasiyanın onların aldıqları şeylərin dəyərini artırmaqla, onları kasıblaşdırdığını hesab edirlər. Lakin bu fikir yalnışdır, çünkü inflyasiya nominal gəlirləri də artırır.

44 Xülasə İqtisadçılar inflyasiyanın altı zərərini müəyyən etmişlər:
Azalan pul ehtiyatları ilə bağlı ayaqqabı altlığı xərcləri, Qiymətlərin tez-tez dəyişdirilməsi ilə bağlı menyu xərcləri, Nisbi qiymətlərin dəyişkənliyinin artması, Vergi məcəlləsinin indeksləşdirilməməsi səbəbindən vergi öhdəliklərində nəzərdə tutulmayan dəyişikliklər, Hesablaşma vahidinin dəyişməsi ilə bağlı çaşqınlıq və narahatlıq, Sərvətlərin debitorlarla kreditorlar arasında ədalətsiz təkrar bölüşdürülməsi.


Download ppt "Pul artımı və inflyasiya"

Similar presentations


Ads by Google