Download presentation
Presentation is loading. Please wait.
1
Kinematoqrafiya sahəsində islahatlar
Fikrin Bəktaşi The Programmeme is implemented by a consortium led by the British Council, in partnership with the Soros Foundation Moldova, the National Center for Culture of Poland and the Goethe-Institut The Programmeme is funded by the European Union
2
Hansı islahatlara ütünlük verilməlidir
Qanunvericilik islahatları İnstitusional islahatlar İdarəetmə islahatları Beynəlxalq əməkdaşlıq
3
Kinematoqrafiya haqqında qanunvericilik
Kinematoqrafiya haqqında Qanun №515-IQ, qəbul edilmə tarixi Mədəniyyət və Turizm Nazirliyinin haqqında Əsasnamə, №393-li ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram №223, qəbul edilmə tarixi Azərbaycan kinosunun ci illər üzrə inkişafına dair Dövlət Proqramı, №
4
Kinematoqrafiya haqqında Qanun
Maddə 3. Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları aşağıdakılardır: kinematoqrafiya sahəsində qanunvericiliyin yaradılması, Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi; kinematoqrafiyanın yaradıcı, təhsil, istehsal, maddi-texniki, elmi və informasiya bazasının təmin olunması, kinematoqrafiya kadrlarının hazırlanması; kinematoqrafiyanın qorunmasına və inkişafına dövlət təminatı, filmlərin yayımı və nümayişi üçün şərait yaradılması, kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin keçirilməsi; dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalının, yayımının və onların beynəlxalq kinofestivallarda iştirakının, kinosalnamə çəkilişinin və dövlət film fondunun maliyyələşdirilməsi; uşaq və gənclər üçün filmlərin və debüt-filmlərin yaradılmasının təmin edilməsi; kinematoqrafiya sahəsində beynəlxalq əməkdaşlığa təminat verilməsi.
5
Mədəniyyət və Turizm Nazirliyinin haqqında Əsasnamə (nazirliyin vəzifələri)
8.17. yüksək bədii dəyərli əsərlərin yaradılması üçün dövlət sifarişlərini həyata keçirmək; 8.23. kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin qarşısının alınması üçün tədbirlər görmək, tamaşaçı auditoriyasının yaş kateqoriyalarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, videoyayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmləri qeydə almaq, həmin filmləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil etmək; 8.24. milli filmlərin və kinoxronikanın ilkin materiallarının və daşınar maddi mədəniyyət nümunələrinin saxlanması qaydalarını və rejimini öz səlahiyyətləri daxilində müəyyən etmək; “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsinə razılıq vermək;
6
Mədəniyyət və Turizm Nazirliyinin strukturu
Mədəniyyət Naziri Nazir müavini C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "Salnamə" sənədli filmlər studiyası "Yaddaş" sənədli filmlər studiyası "Azanfilm" studiyası "Mozalan" studiyası "Debüt" studiyası "Dublyaj" studiyası Dövlət Film Fondu Kino şöbəsi Kino yaradıcılığı və filmlərin təbliği sektoru Milli filmlərin istehsalı və qeydə alınması sektoru
7
Məhdudiyyətlər və çətinliklər
Kinematoqrafiyaya ayrılan büdcənin azalması (2017-ci il üçün 600 min AZN) Dövlət Proqramı Proqram 70% icra edilmişdir (Eurimage, Qanun, Birgə Film istehsalı və s.) Qanunvericilik bazasının təkmilləşdirilməsi statusu (2009) Layihə 2014-cü ildə Milli Məclisə təqdim edilmişdir Güzəştlər maddələri çıxarılmışdır Dövlət sifarişi ilə filmlərin istehsalının təkmilləşdirilməsi (2018) Film layihələrinə, istehsalın hər mərhələsində dəstəyin göstərilməsi Özəl sektorla iş (qısametrajlı və sənədli filmlər) Birgə istehsal məhdudiyyətləri Səlahiyyət və struktur məhdudiyyətləri Beynəlxalq əməkdaşlığın tam qurulmaması (dövlətlər, fondlar və s.) Geniş təbliğatın aparılmaması Xarici filim istehsalçılarının cəlb edilməməsi Distribütorlar və kinoteatrlar
8
AB təcrübəsi (xüsusiyyətlər)
Film sektorunun davamlı inkişafına məsul müstəqil qurum (Kino mərkəzi , Kino institutu, Kino fondu ) Milli filmlərin təbliğatı Kino mərkəzi, kino institutu Birgə film istehsalının təbliğatı Kino mərkəzi, Kino institutları Xarici film istehsalçılarının ölkəyə cəlb edilməsi Film komissiyası Film istehsalı üçün müxtəlif maliyyə mənbələri (kino fondları, bələdiyyələr, ianə(donation) təşəbbüsləri və s.) Film istehsalı üçün vergi güzəştləri (ƏDV, gəlir, mənfəət, ÖMV) (2020-ci ilə kimi qüvvədədir) Film istehsalı üçün güzəştli kreditlər
9
Beynəlxalq şəbəkələr vasitəsilə kinonun inkişafı
Struktur Vəzifələr Kino mərkəzləri Milli kinematoqrafiyanın təbliğatı, maliyyə dəstəyi Kino institutları Təbliğat, araşdırmalar, maliyyə dəstəyi Kino fondları (maliyyə) Film layihələrinin maliyyələşdirlməsi Cine Regio Kino fondları şəbəkəsi, 12 üzv dövlət, 40 fond Beynəlxalq əməkdaşlıq Beynəlxalq müqavilələr AB birgə film istehsalı haqqında konvensiya Eurimage 1989-cu ildə AB-da təsis edilmiş kino fond, 37 üzv dövlət (Dövlət proqramı 2009) European Film Promotion 1997-ci ildə AB təsis edilmiş kino təbliğatı şəbəkəsi, 37 üzv dövlət European Audiovisual Observatory 1992-ci ildə AB təsis edilmiş kino sənayesinin təbliğatı şəbəkəsi, 40 üzv dövlət Film komissiyaları Xarici film istehsalçılarının cəlb edilməsi EUFCN – film commissions network Film komissiyaları şəbəkəsi AFCI - film commissioners association Film komissarlarının assosiasiyası
10
Azərbaycanda kino islahatları
Qanunvericilik sahəsində Dövlət sifarişinə dair filmlərin seçilməsi meyarlarının qanuna əlavə edilməsi təklif edilir (Hesablama Palatasının təklifləri 2013-cü il) Filmlərin keyfiyyətinin artırılması və stimullaşdırılması məqsədilə filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçirilməsi təklif edilir (Hesablama Palatasının təklifləri 2013-cü il) Eyni zamanda, “Kino haqqında” Azərbaycan Respublikasının Qanununa müştərək filmlərin çəkilməsi və xarici mütəxəssislərin yerli film istehsalına cəlb edilməsi ilə bağlı yeni müddəaların daxil edilməsini zəruri hesab edir (Hesablama Palatası 2013-cü il)
11
Azərbaycanda kino islahatları
Qanunvericilik sahəsində Prodüser şirkətlərinin film layihələrinə (meyarlar əsasında) maliyyə dəstəyinin həddi və göstərilməsi mexanizmlərinin Qanunda əks edilməsi; Qanunda xarici film istehsalçılarının Azərbaycana cəlb edilməsinə dair geniş vəzifələrin müəyyən edilməsi; Qanunda, Gömrük Tarifi haqqında Qanunda, Vergi Məcəlləsində idxal rüsumlarından müddətli azadolmaların müəyyən edilməsi; «Milli film» konsepsiyasının yenilənməsi, status almış filmlərə güzəştlərin müəyyən edilməsi; Film istehsalına müddətli vergi güzəştlərinə dair Qanuna və Vergi Məcəlləsinə maddələrin əlavə edilməsi; Milli filmlərin beynəlxalq təbliğatına aid dövlətin vəzifələrinin müəyyən edilməsi; Milli və xarici filmlərin distribusiyasının tənzimlənməsi qaydalarının Qanunda əks edilməsi;
12
Azərbaycanda kino islahatları
Mədəniyyət və Turizm Nazirliyinin müasir idarəetmə prinsipləri üzərində qurulan yeni strukturlarının yaradılması: Kino mərkəzi Kino fondu(maliyyə) Kino institutu Film komissiyası Kino sənaye parkının yaradılması
13
Azərbaycanda kino islahatları
Beynəlxalq əməkdaşlıq sahəsində Birgə film istehsalı konvensiyası çərçivəsində birgə film istehsalını təşkil etmək (dövlət proqramı 2018) EURİMAGE - üzv olmaq (dövlət proqramı 2009) İkitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində vahid kino məkanının qurulmasına, birgə film istehsalına, yerli prodüserlərin maliyyə üçün fondlara birbaşa müraciət etmələrinə nail olmaq EUFCN – üzv olmaq (film komissiyası) European Film Promotion - üzv olmaq (kino mərkəzi) European Audiovisual Observatory – üzv olmaq (kino mərkəzi)
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.