Download presentation
Presentation is loading. Please wait.
Published byHazan Buğra Modified over 6 years ago
1
Azərbaycan Dövlət İqdisad Üniversiteti Müəllim: Elşən BAĞIRZADƏ
Fakültə: Beynəlxalq İqtisadi Münasibətlər Müəllim: Elşən BAĞIRZADƏ Qrup: Dİ 6 Tələbə: Vəliyev Vüsal
2
Dünya maşın və avadanlıqlar bazarı
3
PLAN Maşın və avadanlıqların növləri və təsnifatı
Beynəlxalq maşın və avadanlıqlar bazarının strukturu və coğrafiyası Dünya maşınqayırma kompleksinin iqtisadi vəziyyəti və xüsusiyyətləri Maşın və avadanlıqlar istehsalında və ticarətində TMK-ın rolu
4
Maşın və avadanlıqların növləri və təsnifatı
. Bu kompleksin bölgüsünə dair müxtəlif fikirlər irəli sürülüb. Fikrimizcə, dünya maşınqayırma kompleksi 5 böyük qrupa ayrılır: Dəzgahqayırma Kənd təsərrüfatı maşınqayırması Ağır maşınqayırma Nəqliyyat maşınqayırması Elektron və elektrotexniki maşınqayırması
5
Dəzgahqayırma Ümumi maşınqayırmanın aparıcı sahəsi dəzgahqayırma hesab olunur. Dəzgahqayırma müasir dünyada elmi-texniki inkişafı müəyyən edir, yüksək ixtisaslı əmək ehtiyatlarının istifadəsini tələb edir, ona görə də əsasən sənayecə İEÖ-in ərazisində yerləşdirilir. Təsadüfi deyildir ki, dünya dəzgah istehsalının 75%-i ABŞ, yaponiya, Almaniya, İtaliya, İsveçrə və Fransanın payına düşür ci ildə dünya dəzgahqayırma bazarında dövriyyəyə görə liderliyi Almaniya (6,73 mlrd.dol.), Yaponiya (6,37 mlrd.dol.), İtaliya (3,77 mlrd.dol.), Koreya (3,02 mlrd.dol.) və ABŞ (1,91 mlrd.dol.) paylaşırdılar. Dəzgahqayırma məhsullarının aparıcı ixracatçıları Almaniya, Yaponiya, İtaliya və İsveçrədir. Bu ölkələrdə istehsal olunan dəzgahların yarıdan çoxu ixrac olunur.
6
Kənd Təsərrüfatı maşınqayırması
Dünya kənd təsərrüfatı maşınqayırması bazarı maşınqayırma kompleksinin strukturunda əhəmiyyətli pay sahibi deyil. Bunun isbatı olaraq, ən iri istehsalçı olan ABŞ-nin “John Deere” kompaniyasının illik dövriyyəsi 6,4 mlrd. avro (avtomobil nəhənglərinin illik dövriyyəsindən 100 dəfə az) olduğunu göstərmək olar. Kənd təsərrüfatı maşınqayırması istehlak yerlərinə meylli olduğu üçün əsasən, dünyanın əsas kənd təsərrüfatı regionlarında mərkəzləşmişdir. XX əsrin sonu-XXI əsrin əvvəlində kənd təsərrüfatı texnikası istehsalını azaldaraq daha çox keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqət yetirməyə başladılar. Bununla belə, kənd təsərrüfatı üçün maşın istehsalında lider mövqe AbŞ, İtaliya və Fransaya məxsusdur. İlk altılıqda ABŞ-ın “John Deere”, “Agco”, ABŞ-İtaliya birgə şirkəti “CNH”, Almaniya-Fransa birgə şirkəti “Claas+Renault Agriculture”, həmçinin İtaiyanın “Argo” və “Same-DeutzFahr” kompaniyaları yer alırlar.
7
Ağır maşınqayırma Dünya üzrə ağır maşınqayırma istehsalçılarının sırası məhduddur. Ağır maşınqayırmanın bütün nomenklaturasını istehsal edən ölkələrə ABŞ, Yaponiya, Almaniya, B.Britaniya daxildir. Bəzi ölkələr (Çin, Rusiya) nisbətən az çeşiddə məhsul istehsal edirlər. Digər ölkələr isə ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb. Məsələn, İsveç və Finlandiya kağız sənayesi üçün avadanlıq, Avstriya metallurgiya zavodları üçün avadanlıq istehsal edirlər.
8
Nəqliyyat maşınqayırması
Nəqliyyat maşınqayırması üzrə liderlik avtmobilqayırma sahəsinə məxsusdur. Müasir beynəlxalq ticarətdə tutumluluğu və əhəmiyyətli dərəcədə vacibliyi ilə seçilir. Avtomobil insanların sürətli hərəkətini təmin etməklə ictimai əməyin effektivliyini artırır və bir çox sahələrdə əhaliin həyat tərzinə təsir göstərir. Hal-hazırda avtomobil müasir sivilizasiyanın texnoloji və sosial simvoluna çevrilib. Sahənin genişliyi onunla xarakterizə olunur ki, dünya avtomobilqayırmasında son məhsulun ümumi dəyəri təxminən 1,5 trln.$ təşkil edir, o cümlədən: ABŞ -288 mln., Yaponiya – 342 mln., Almaniya – 172 mln. Avtomobilqayırmanın sosial-iqtisadi əhəmiyyətini artıran göstəricilərdən biri də məşğulluğun həcmidir. Bu sahə üzrə təkcə ABŞ-da 1 mln.-dan artıq, Almaniyada 775 min insan işləyir. Dolayı yolla avtomobilqayırma sahəsi ilə əlaqəsi olan insanların sayı isə göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Dünya avtomobil sənayesi dünya sənayesinin ən çox inhisarlaşmış sahəsidir. Təkcə 5 ölkənin 10 iri şirkəti dünya avtomobil istehsalının 80%-ni təmin edir. Ölkə sərhədlərin ən çox aşan şirkətlər də məhz avtomobilqayırma sənayesinin təmsilçiləridir.
9
Elektron və elektrotexniki maşınqayırması
Son on ildə elektron və elektrotexnika sənayesi xüsusi əhəmiyyət kəsb edirlər. Bu sahələrin əhəmiyyəti ilk növbədə onların ETT-nin maddi əsasının inkişafına böyük tövhələri ilə müəyyən olunur. Elektronika və elektrotexnika sahəsi istehsal alət və vasitələrinin təkmilləşdirilməsinə birbaşa təsir göstərərək iqtisadiyyatın ən müxtəlif sahələrində əməyin məhsuldarlığının yüksəldilməsinə aktiv surətdə kömək edir, elmi-texniki inkişafın artım tempini nəzərə çarpacaq dərəcədə sürətləndirir. Elektron və elektrotexniki maşınqayırma sahələri yüksək texniki inkişafa və yüksək ixtisaslı kadrlara, texniki cəhətdən yaxşı təchiz olunmuş təcrübə bazalarına, elmi-tədqiqat mərkəzlərinə, institut və laboratoriyalarına malik rayonlarda yerləşdirilir. Elektron maşınqayırma sahəsində adda məhsul istehsal edir. Elektron və elektrotexniki məhsulların istehsalı üçün geniş çeşiddə texniki vasitələr, həmçinin sənayenin digər sahələrində istehsal olunan materiallar tələb olunur. Elektron və elektrotexniki maşınqayırmanın müasir maşınqayıma kompleksində payı 30-32% təşkil edir, ümumi (35-37%) və nəqliyyat (33-35%) maşınqayırmasından sonra üçüncü yeri tutur. Proqram idarəetmə və hesablama texnikasından istifadə sürətlə genişlənir. 80-ci illərdən başlayaraq bu sahə inkişaf tempinə görə maşınqayırmanın digər sahələri arasında ilk yeri tutur.
10
Beynəlxalq maşın və avadanlıqlar bazarının strukturu və coğrafiyası.
Maşınqayırma kompleksinin bir çox sahələrinin ixtisaslaşma və beynəlxalq əmək bölgüsü proseslərinin dərinləşməsi şəraitində istehsal məhsullarının kütləvi buraxılışı sənayedə komplektləşdirici detallar, aqreqat təchizatçılarının quraşdırma məssisləri qovşağı ilə aralarındakı qarşılıqlı asılılığı həm ölkə, həm regional, həm də qlobal səviyyədə artmasını şərtləndirir. Bu tendensiya son illər istehsalın təşkili üsulunun dəyişilməsi (postfordizm, “çevik” istehsal) “dəqiq vaxt” təchizat sisteminn tətbiqi hesabına, xüsusilə avtomobilqayırma, məişət elektronikası istehsalı sahəsində qlobal səviyyədə artır. İxtisaslaşmanın bu, və ya digər növü (predmet, texnoloji, detal üzrə) buraxılan məhsulun xarakteri ilə təyin olunur. Maşınqayırma müəssisələrinin ərazi əmək bölgüsü üzrə ixtisaslaşması dar ixtisaslaşmış sənaye mərkəzlərinin və hətta rayonlarının yaranmasına səbəb olur. Bu prosesə öz istehsal qüvvələrini bütün dünya üzrə paylaşdıran TMK-ın bütün strukturlarının fəaliyyəti əhəmiyyətli dərəcədə kömək edir. Maşınqayırmanın bir çox sahələrində istehsalın yüksək əməktutumluluğu nəzərə çarpır, bəzilərində isə (məsələn, cihazqayırma, elektronika, aviasiya və aerokosmik sahələrdə) işçi qüvvəsinə yüksək ixtisas dərəcəsi tələbi irəli sürülür
11
Müasir dünya təsərrüfatında 4 regional maşınqayırma mərkəzi ayrılır:
Şm.Amerika – maşınqayırma məhsullarının demək olar ki, bütün nomenklaturası üzrə istehsal müəssisələrinə malikdir. Q.Avropa – əsas etibarilə kütləvi maşınqayırma məhsulları istehsal olunur. Bununla belə, bəzi ən yeni maşınqayırma sahələri də yüksək inkişaf edib. C-Ş.Asiya – bu regionda kütləvi maşınqayırma məhsullarını ən yüksək texnologiyalı məmulatlarla uyğunlaşdıra bilən Yaponiya liderlik edir. MDB ölkələri – kifayət qədər məhsuldar qüvvəlrə malikdir, lakin elmtutumlu sahələrin zəif inkişafı ilə xarakterizə olunur.
12
Dünya maşınqayırma kompleksinin iqtisadi vəziyyəti və xüsusiyyətləri
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maşınqayırma istehsalının sənayedə payı 30-50% arasında dəyişir. Bu göstərici Almaniyada 53.6%, Yaponiyada 51,5 %, İngiltərədə 39,6 %, İtaliyada 36,4%, Çində 35,2 % təşkil edir. Bu, bütün sənayenin hər 8-10 ildən bir texniki cəhətdən yenidən “silahlanmasını” təmin edir. Bunula belə, ÜDM-də maşınqayırma istehsalının payı Avropa Birliyi ölkələrində 36-45%, ABŞ-da 10%, Rusiyada 18% təşkil edir. İEÖ-in (ABŞ, Almaniya, Yaponiya, İngiltərə) maşınqayırma istehsalının strukturunda bütün sahələr təmsil olunur və xüsusilə də elektrotexnikanın payı yüksəkdir. Yüksək keyfiyyət və rəqabətqabiliyyətlilik sayəsində ixracın ümumi çəkisində də maşınqayırma məhsulları böyük çəkiyə (Yaponiya – 64%, ABŞ, Almaniya – 48%, Kanada 42%, İsveç – 44%) malikdir. Maşınqayırma inkişaf etmiş ölkələrin daimi innovasiya təşəbbüsü mənbəyidir. ABŞ-da maşınqayırma sahəsində elmi tədqiqatlara hər il ÜDM-in orta hesabla 2-2,5% , Avropa Birliyi ölkələrində təxminən 3%-i həcmində vəsait xərclənir.
13
Maşın və avadanlıqlar istehsalında və ticarətində TMK-ın rolu
Samsung Electronics – şirkət yarımkeçiricilər, telekommunikasiya avadanlıqları və rəqəmli konvergensiya istehsalı üzrə dünya lideri olmaqla, eyni zamanda, yaddaş çipləri, mobil telefon və monitor istehsalı üzrə də aparıcı mövqeyə malikdir. 56 ölkənin ərazisində yerləşən 124 ofisdə insan işləyir.
14
Şirkətin əsas fəaliyyət istiqamətləri:
Device Solution Networks (yarımkeçiricilər və maye-kristal displey) Digital Media Networks (rəqəmli mediatexnologiya) Digital Appliance Networks (məişət texnikası) Telecommunication Networks (informasiya texnologiyaları və telekommunikasiya)
15
Ford Motor Company - əsas binası Miçiqan ştatında yerləşən şirkət dünyada ilk dəfə olaraq klassik avtoquraşdırma konveyerini tətbiq etmişdir. “Ford”, “Linkoln”, “Merkuri” markaları altında minik və kommersiya avtomobilləri istehsal edir, eyni zamanda şirkətin nəzarəti altında Volvo Cars, Land Rover, Aston Martin, Jaguar, Daimler kimi avtomobil istehsalçıları var. Əsas müəssisələri ABŞ, Kanada, Meksika, Almaniya, Braziliya, Argentina, İspaniya və Çində yerləşir. Dünya üzrə şirkət işçilərinin sayı 327,5 min nəfərə çatıb. “Ford” şirkəti istehsal həcminə görə General Motors və Toyota şirkətlərindən sonra 3-cü yeri tutur.
16
DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.