Download presentation
Presentation is loading. Please wait.
Published byturkhan gafarov Modified over 5 years ago
2
Layların iş rejimi dedikdə,laydan quyu dibinə mayenin sıxışdırılması mexanizmi və bu prosesdə iştirak edən qüvvələrin özlərini göstərməsi şəraiti nəzərdə tutulur.Laydan quyu dibinə mayenin hərəkətini təmin etmək üçün enerji mənbəyi olmalıdır.Layda mayeni(qazı) hərəkət etdirən bəzi enerji mənbələrini saymaq olar: 1.Layda olan suyun və neftin ağırlğından yaranan hidrostatik basqı enerjisi 2.Layda su,neft və həll olmuş və sərbəst qazın,layı təşkil edən süxurların elastik enerjisi. Lay rejimlərinin aşağıdakı təsnifatını vermək olar: 1.Su basqısı rejimləri 1.1.Sərt qravitasiya su basqısı rejimi 1.2.Elastik su basqısı rejimi 1.3.Elastik qravitasiya su basqısı rejimi 2.Qaz basqısı rejimləri 2.1.Sərt qaz basqısı rejimi 2.2.Elastik qaz basqısı rejimi 3.Qravitasiya rejimləri 3.1.Mail yatımlı layda qravitasiya rejimi 3.2.Üfüqi yatımlı layda qravitasiya rejimi 4.Həll olmuş qaz rejimi
3
Su basqısı rejimlərində neftin laydan quyu dibinə sıxlaşdırılmasinda iştirak edən əsas hərəkət etdirici,neftlilik konturunun arxasında olan suyun ağırliğından yaranan fidrostatik basqı və sulu hissənin elastik xassələridir. Bu rejimin olması üçün layda neft hərəkət etdiyi zaman,həll olunmuş qaz neftdən ayrılmamalıdır,yəni layda birfazalı maye hərəkət etməlidir. Su basqısı rejimlərində su-neft kontaktında axınn və təzyiqin kəsilməzliyi şərtləri həmişə gözlənilməlidir. Su basqısı rejimlərini nəzərdən kecirək: 1.Sərt qravitasiya su basqısı rejimi. Bu rejim qısa olaraq sərt su basqısı rejimi adlandırılır. Sərt su basqısı rejimində əsas hərəkət etdirici qüvvə neftlilik konturunun arxasında olan suyun ağırlıq qüvvəsindən yaranan hidrostatik basqıdır.Təbii halda belə rejmin olması üçün qidalanma konturu xaricdən qidalanmalıdır,yəni layın yer üzərinə çıxan hissəsində dəniz,çay yaxud qurunt suları olmalıdır.
5
2.Elastik su basqısı rejimi. Belə rejim layı təşkil edən süxurların və layda olan mayenin elastiki qüvvəsinin təsiri ilə laydan quyudibinə neftin hərəkət etməsi nəticəsində yaranır.Sırf bu rejmin olası üçün lay üfüqi olmalı və xaricdən qidalanmalıdır.Layın sulu hissəsinin həcmi neftli hissəsinin həcminə nisbətən çox böyük olmalıdır. Layın hərhansı bir nöqtəsində təzyiq aşağı düşdükdə,layı təşkil edən süxurların və mayenin elastiklik xassələri nəticəsində məsamələrin həcmi kiçiləcək,mayenin həcmi isə genişlənəcək və bunun nəticəsində mayenin bir hissəsi laydan xaric olacaqdır.Layın sulu hissəsində təzyiq düşməyə başlarsa,onda həmin layın sulu hissəsindən,suyun bir hissəsi neftli zonaya keçərək neftlilik konturu hərəkət edəcək və mayenin quyudibinə hərəkəti təmin ediləcəkdir. Elastik rejim şəraitində istismar edilən laylar sərt rejimlərdən bu əlamətlərlə fərqlənir: 1.Quyular işə salındiqdan sonra və ya onların hasilatı dəyişdirildikdə təzyiqin lay üzrə təzədən paylanması prosesi uzun çəkir 2.Layda təzyiq azaldıqda onun elastik maye ehtiyatı azalır,təzyiq artdiqda isə həmin ehtiyat artır.
7
3.Elastik qravitasiya su basqısı rejmi.Bu rejim elastik və sərt su basqısı rejimlərinin qarışığıdır.Bu rejimin sərt su basqısı rejmindən fərqlndirən əsas əlamət sulu hissəsinin ölçüsünün çox böyük olmasıdırlayın elastiklik xassələrinin özünü göstərməsi nəticəsində təzyiqin paylanması elastik su basqısı rejiminin birinci fazasında olduğu kimidir. Lakin layın ölçüsü nisbətən kiçik olduğundan bunu biz nəzərə almamalıyıq. Layın ölçüsü böyük olduqda isə elastiklik xassələrinin təsirini nəzərə almaq lazım gəlir. Deməli, elastik- qravitasiya su basqısı rejiminin birinci fazası elastik su basqısı rejiminin birinci fazası kimi olur. Təzyiqin düşməsi konturda hiss olunduqdan sonra ikinci faza başlayır ki, һəmin fazada konturda təzyiq sabit qaldığından lay özünü sərt qravitasiya su basqısı rejimi kimi aparır. Layın xarici konturu qidalanmadıqda da oradakı təzyiqi sabit qəbul etmək olar, çünki neftli hissənin həcmi sulu hissənin həcminə nisbətən o qədər kiçik olur ki, laydan neft çıxarılan zaman xarici konturda səviyyənin aşağı düşməsi praktik cəhətdən hiss olunmayacaqdır
8
Qaz basqısı rejimlərində, nefti quyu dibinə һərəkət etdirən qüvvə qaz papağında olan qazın elastik enerjisidir. Belə rejimdə neft yatağı xarici tərəfdən məhdudlaşmalıdır; əgər su-neft kontaktı varsa, o, istismar zamanı hərəkət etməməlidir Onu da qeyd etmək lazımdır ki, təbii olaraq sırf qaz basqısı rejiminə rast gəlmək olmaz. Layda sərbəst qazın olması lay şəraitində neftin qazla doymuş olduğunu, yəni neftli hissədə lay təzyiqinin neftin qazla doyma təzyiqinə bərabər olduğunu göstərir. Laydan quyudibinə maye hərəkətini təmin etmək üçün dib təzyiqi lay təzyiqindən kiçik olmalıdır. Belə olduqda isə neft laydan quyudibinə һərəkət etdiyi zaman neftdə həll olmuş qaz neftdən ayrılmağa başlayacaqdır. Lakin, layda neftdən ayrılan qazın miqdarı çox az olduqda, bunu nəzərə almamaq olar. Ümumiyyətlə, qaz basqısı rejimi һəll olmuş qaz rejimi ilə birlikdə ola bilər Qaz basqısı rejimləri iki cur ola bilər: 1.sərt qaz basqısı rejimi 2.elastik qaz basqısı rejimi
9
1. Sərt qaz basqısı rejimi. Belə rejimdə sərbəst qazın, yeni qaz-neft kontaktında təzyiqin sabit qalması nəzərdə tutulur. Yuxarıda qeyd etdiyimiz kimi, təbii halda sırf sərt qaz basqısı rejiminə rast gəlmək olmaz. Lakin sərbəst qazın həcmi neftli hissənin həcminə nisbətən çox böyük olduqda, qaz papağında təzyiqin düşməsini nəzərə almamaq olar. 2. Elastik qaz basqısı rejimi. Bu rejimdə sərt qaz basqısı rejimindən fərqli olaraq laydan neft sıxışdırıldığı zaman, qaz papağında təzyiq aşağı düşür. Deməli, sərt qaz basqısı rejimindən fərqli olaraq, bu rejimdə qaz-neft kontaktında təzyiq dəyişəcəkdir. Onu qeyd etmək lazımdır ki, təbii olaraq belə rejimə rast gəlmək olmaz, çünki layda təzyiqin aşağı düşməsi orada qazın neftdən ayrılması ilə nəticələnəcəkdir. Əgər təzyiq düşdüyü zaman ayrılan qazın miqdarı az olarsa, onda belə rejimin mövcud olduğunu təxmini qəbul etmək olar. Sırf elastik qaz basqısı rejmini süni olaraq yaratmaq üçün əvvəlcə qaz papağına qaz vurmaqla orada təzyiq artırılmalı, sonra isə qaz papağına qazın vurulması dayandırılaraq laydan neft çıxarılması davam etdirilməlidir. Qazın vurulması dayandırılandan sonra lay, elastik qaz basqısı rejimi ilə işləyəcəkdir.
10
QRAVİTASİYA(AĞIRLIQ) REJİMLƏRİ Öyrəbdiyimiz basqı rejimlərində һərəkət etdirici qüvvələrin layın neftli hissəsinin xaricindən təsir etdiyini görürük. Ağırlıq və bundan sonra öyrənəcəyimiz həll olmuş qaz rejimlərində əksinə olaraq hərəkət etdirici qüvvələr, neftli hissənin daxilindən təsir göstərir. Ağırlıq rejimlərində hərəkət etdirici qüvvə layda olan neftin öz ağırlıq qüvvəsidir, həmin qüvvə bütün neftlilik zonası üzrə yayılmışdır. Ağırlıq rejimləri yatağın mailliyindən asılı olaraq iki cür ola bilər: 1. Neftlilik konturu hərəkət edən qravitasiya (ağırlıq) rejimi Belə rejimdə lay dik olur. Layın yuxarı hissəsində olan neft öz ağırlıq qüvvəsi ilə aşağıya—quyuya doğru hərəkət edir.Laydan Laydan quyular vasitəsilə neft çıxarıldıqca,neftlilik konturu yerini dəyişərək aşağı düşəcəkdir. Beləliklə, neft sütununun yarandığı hidrostatik basqı laydan çıxarılan neftin miqdarından,yəni zamandan asılı olaraq azalacaqdır. Neftin ağırlıq qüvvəsindən yaranan hidrostatik basqının qiyməti az olduğundan, quyuların debiti digər rejimlərdəki debitdən az olur, lakin neftlilik konturu quyuya yaxınlaşana qədər hasilat sabit qalır.
12
2. Neftlilik konturu hərəkət etməyən qravitasiya rejimi. Belə rejimə lay üfüqi, yaxud mailliyi çox az olduqda rast gəlmək olar. Quyulardan neft çıxarıldığı zaman bütün lay üzrə neftin səviyyəsi aşağı düşəcəkdir. Bu rejimdə quyuların debiti daһa kiçik olacaq və layda neftin səviyyəsi aşağı duşdükcə tədricən azalacaqdır.
13
HƏLL OLUNMUŞ QAZ REJİMİ Həll olmuş qaz rejimində isə əsas hərəkət etdirici qüvvə neftdən ayrılan qazın elastik enerjisidir.Bu rejimdə də bu rejimdə layın hər һansı bir nöqtəsində təzyiqin düşməsi bütün lay üzrə tədricən yayılır. Elastik su basqısı rejimində enerji mənbəyi bütün lay üzrə paylanmışdır, həll olmuş qaz rejimində isə enerji mənbəyi ancaq layın neftli hissəsində bərabər paylanmışdır.İki fazalıdır.Birinci fazada təzyiqin düşməsi lay üzrə tədricən yayılır və bundan asılı olaraq drenajlanma radiusu tədricən genişlənməyə başlayır. Enerji mənbəyinin dəyişməsindən asılı olaraq lay rejimləri iki cür ola bilər: 1. Enerji mənbələri tükənməyən lay rejimləri 2. Enerji mənbələri tükənən lay rejimləri.
14
QARIŞIQ REJİMLƏR Təbiətdə əsas olaraq qarışıq rejimlərə rast gəlirik, yəni laydan quyudibinə mayenin sıxışdırılmasında bir neçə qüvvə eyni zamanda iştirak edir. Aşağıdaki növləri var: 1.Su-qaz basqısı rejmi.Bu rejimdə kontur arxasındakı su da aktiv olur. Beləliklə, qaz papağındakı qazın elastik genişlənməsi və kontur arxasındakı suyun hidrostatik basqısı nəticəsində neft quyudibinə sıxışdırılır, yəni lay iki tərəfdən qidalanır
15
2. Qaz basqısı—həll olmuş qaz rejimi. Belə rejimdə quyudibinə maye axını yaratmaq üçün quyudibi təzyiqi qazın neftdə doyma təzyiqindən az olduğundan əvvəlcə maye quyudibinə həll olmuş qazın hesabına, sonra isə qaz papağındakı qazın elastik genişlənməsi hesabına axır.Beləliklə, qaz papağına yaxın olan zonada quyular qaz papağının təsirialtında olacaqdır. Qaz papağından nisbətən uzaq olan zonada maye quyudibinə həll olmuş qazın hesabına axır.Zaman keçdikcə qazpapağının təsir zonası genişlənəcək və müəyyən müddətdən sonra qazpapağının təsir zonası ola bilsin ki, bütün layı əhatə edəcəkdir 3.Su basqısı—həll olmuş qaz rejimi. Yuxarıda sərt su basqısı rejimini izah edərkən qeyd etdiyimiz kimi,belə rejimin olması üçün layda birfazalı maye hərəkət etməlidir.Layda neftdən qazın ayrılmaması üçün isə layın bütün nöqtələrindəki təzyiq neftin qazla doyma təzyiqindən böyük olmalıdır.Belə layları süni təsir göstərmədən istismar etdikdə quyudibi təzyiqi neftin qazla doyma təzyiqindən aşağı olmalıdır. Bunun nəticəsində layda neftdən qaz ayrılır və һəmin qaz neftin quyudibinə һərəkət etməsində iştirak edir.
Similar presentations
© 2025 SlidePlayer.com. Inc.
All rights reserved.