Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

Yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarına qarşı mübarizə: Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin təmin edilməsi Səssiz epidemiyanın.

Similar presentations


Presentation on theme: "Yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarına qarşı mübarizə: Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin təmin edilməsi Səssiz epidemiyanın."— Presentation transcript:

1 Yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarına qarşı mübarizə: Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin təmin edilməsi Səssiz epidemiyanın dayandırılması üçün sektorlar arasında əməkdaşlığın yaradılması PATRISIO MARKEZ DÜNYA BANKI APREL2010

2 Mündəricat: AMA regionunda yol təhlükəsizliyi sahəsində çətinliklər və imkanlar *
Problem: tendensiyalar, problemin həcmi, xüsusiyyətləri və səbəbləri Yol təhlükəsizliyinin artırılması sahəsində səmərəli tədbirlər Yol təhlükəsizliyi sahəsində mövcud beynəlxalq siyasət Dünya Bankı tərəfindən tərəf müqabilləri ilə birlikdə qəbul edilə biləcək mümkün strategiyalar və tədbirlə *Baltika, Balkan, Şərqi Avropa, MDB, Türkiyə.

3 Yol-nəqliyat hadisələrində alınan bədən xəsarətləri (YNHBX) nəticəsində ölüm səviyyəsində tendesiyalar Avropa, EB-27 və MDB ölkələri, 100,000 nəfərə, 1980–2007 ciddi və artan fərqlər 5 10 15 20 25 30 1980 1990 2000 2010 Avropa regionu AB MDBS MDB Avropa regionu AB-27 Increasing RTI results from rapid growth in motorization, without adequate improvements in road infrastructure (despite significant road investments) and weak regulations on vehicle safety and driving, and weak enforcement of existing regulations. People in CIS countries drive far less than in Western Europe (800 km/per capita by car, compared to 12,000km/per capita) accident injury and death rates are far higher, with little of the improvement in road safety that concerted efforts in Western Europe have achieved. MDB ölkələri: Azərbaycan Respublikaı, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan. AB-27 ölkələri: Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və Birləşmiş Krallıq. Mənbə: WHO EURO Health for All Data Base (2009) (ÜST Avrop Hamı üçün Səhiyyə Məlumat Bazası (2009))

4 ÜST-AVRO Üzv ölkələrində YNHBX üzrə ölüm səviyyəsi 100,000 nəfərə, 2007
Qazaxıstan Rusiya Federasiyası Qırğızstan Ukrayna Monteneqro Türkmənistan Latviya Gürcüstan Belarus Slovakiya Moldova Respublikası Yunanıstan Estoniya Polşa Sloveniya Tacikistan Albaniya Ermənistan Xorvatiya Türkiyə ÜST-AVRO üzrə orta göstərici Bolqarıstan Azərbaycan Rumıniya Macarıstan Çex Respublikası Bosniya və Herzeqovina Portuqaliya Kipr 3.2 3.4 4.8 4.9 5.0 5.2 5.4 5.7 6.0 6.9 7.2 7.5 8.3 8.5 9.3 9.6 9.7 9.8 10.0 10.2 10.4 10.9 12.0 12.3 12.7 13.0 13.2 13.4 13.6 13.9 14.1 14.6 14.7 14.9 15.1 15.7 16.8 17.9 18.6 20.4 21.5 22.4 22.8 25.2 30.6 0.0 5 10 15 20 25.0 Qazaxıstan Rusiya Federasiyası Qırğızstan Litva Ukrayna Monteneqro Türkmənistan Latviya Gürcüstan Belarus Slovakiya Yüksək gəlirli ölkələr Moldova Respublikası Yunanıstan Aşağı və orta gəlirli ölkələr Belçika İslandiya Serbiya Özbəkistan Italiya İspaniya İrlandiya Avstriya Fransa Finlandiya Keçmiş Yuqoslav. Respublikası Makedoniya Almaniya İsrail Böyük Britaniya İsveç Norvegiya İsveçrə Niderland Malta San Marino Estoniya Polşa Sloveniya Tacikistan Albaniya Ermənistan Xorvatiya Türkiyə ÜST AVRO Bolqaristan Azərbaycan Ruminiya Macarıstan Çex Respublikası Bosniya və Herzeqovina Portuqaliya Kipr Belçika İslandiya Serbiya Özbəkistan İtaliya İspaniya İrlandiya Avstriya Fransa Finlandiya MKD* Almaniya İsrail Böyük Britaniya İsveç Norvec İsveçrə Niderland Mənbə: ÜST-AVRO,2009 Malta San Marino 25 30 30.0 35.0 nəfərə ölüm halları

5 AMA regionunda ÜDM və YNHBX nəticəsində ölüm halları

6 İqtisadi inkişaf nəticəsində yol-nəqliyyat hadisələrində ölüm hallarının sayı avtomatik olaraq azalmır və, bununla, yol təhlükəsizliyi sahəsində səmərəli idarəetmə strategiyasına ehtiyac duyulur.

7 Ölüm halları, əlillik və zərər – zərər çəkənlər kimlərdir?
4-təkərli nəqliyyat vasitələrinin sərnişinləri: AMA regionunda YNHBX ölüm hallarının 40-75% Cavan yetkinlər, xüsusilə kişi cinsi: AMA regionunun ölkələrində yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının 55%-i yaşında insanların payına və ən çox yaşında insanların payına düşür; ölüm hallarının 80%-dən artıq hissəsi kişilərin payına düşür Velosipedçilər, motosikletçilər yüksək risk altındadır (lakin onların ümumi göstəricidə faiz payı kiçikdir) Yol-nəqliyat hadisələrində motorsikletçilərin və piyadaların ölüm riski nəqliyyat vasitələrinin sərnişinləri ilə müqayisədə 7-9 dəfə yüksəkdir. Piyadalar – əsasən uşaqlar və yaşlılar və aşağı gəlirli insanlar ola bilər Albaniya, Belarus, Qırğızstan, Tacikistan və Ukraynada yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının 40%-dən artıq hissəsi piyadaların payına düşür. Bütövlükdə AMA regionunda həmin göstərici 31-38% təşkil edir.

8 Ölüm halları, əlillik və zərər – problemin həcmi
2007-ci ildə AMA regionunda yol-nəqliyyat hadisələri nəticəsində nəfər ölüb, nəfər bədən xəsarəti almışdır (Faktiki vəziyyət, xüsusilə ölüm halları ilə nəticələnməyən bədən xəsarəti ilə bağlı məlumatlar tam toplanmayıb və tam qiymətləndirilməyib və mövcudluğuna, keyfiyyətinə və tamlığına gör fərqlənə bilərlər.) İqtisadi təsir : ÜDM-un 1-2% (müalicə və bərpa məsrəfləri, sığorta, hüquqi məsrəflər, əmək qabiliyyətinin itirilməsi, maddi zərər) Dünya miqyasında dövlətlərə vurulan zərər ildə 500 milyard ABŞ dollarından artıqdır Ən yüksək məsrəflər AMA regionunda: böyük əhalisi və böyük iqtisadiyyatı olan ölkələr : Havanın çirklənməsi, səs-küy İstilik effekti yaradan qazların havaya atılması qlobal istiləşməyə töhfə verir Qorxu piyada və motosiklet gəzintilərinə maneə yaradır. Mobilliyin və fiziki fəallığın aşağı səviyyədə olması sağlamlığa mənfi təsir göstərir, ürək-damar xəstəlikləri, ifliclər, şəkər xəstəliyi və piylənmə təhlükəsini artırır Rusiya (ildə 34 milyard ABŞ dolları, 2007-ci ildə ölüm halı) Türkiyə (14 milyard ABŞ dolları) Polşa (10 milyard ABŞ dolları) Ukrayna (5 milyard ABŞ dolları) Direct costs include emergency treatment, initial medical costs, rehabilitation costs, long-term care and treatment, insurance administration expenses, legal costs, and employer/workplace costs. Indirect costs include productivity costs in the workplace due to temporary and permanent disability and decreases in household productivity emanating from these disabilities. Property damage and travel delay and crash costs are estimated for injury and non-injury crashes (Blincoe and others 2002).

9 Yol-nəqliyyat hadisələri nəticəsidə bədən xəsarətlərinin səbəbləri
Məlumatların və problem haqqında məlumatlılığın şatışmazlığı Qeyri-adekvat cavab tədbirləri, resurslar Yollar Yolların pis layihələndirilməsi (piyada keçdilərinin, trotuarların olması, zəif görünmə dərəcəsi) Yolkənarı təhlükələr (ağaclar, dirəklər, nişanlar) Yol hərəkəti və piyadaların qarışığı Nəqliyyat vasitələri Hava yastıqları və toqquşmaya qarşı digər avadanlığı olmayan təhlükəli nəqliyyat vasitələri Nəqliyyat vasitələrinin kəskin artması (ictimai nəqliyyatın lazımi səviyyədə olmaması) Davranış Qeyri-adekvat qanunlar / qaydalar və onların lazımi səviyyədə icrasının təmin edilməməsi Nəqliyyat vasitələrinin pis idarə edilməsi (sürət həddini aşma, ehtiyatsızlıq, spirtli içkilərin və bəzi dərman preparatlarının qəbul edilməsi) Təhlükəsizlik kəmərlərinin, dəbilqələrin (velosipedçilər, motorsikletçilər) istifadə edilməməsi Mobil telefonla mesaj yazışmaları “Bizə düşməyə tələsirsənmi?"

10 NƏ ETMƏK? TƏK MÜDAXİLƏLƏR YETƏRLİ OLMAYACAQ

11 Yol təhlükəsizliyi sahəsində mövcud siyasət – Kompleks “Təhlükəsiz Sistemlər” yanaşması
Prinsiplər: Bütün yol nəqliyyat hadisələrinin qarşısını ala bilməz, yol-nəqliyyat hadisələri nəticəsində bədən xəsarətlərinin sayını azalda bilər İnsan səhvlərini və insan bədəninin həssaslığını nəzərə alan yol-nəqliyyat sistemlərini layihələndirmək Yolları və nəqliyyat vasitələrini layihələndirənlər və yol istifadəçiləri yol təhlükəsizliyinə birgə məsuliyyət daşıyır

12 Səmərəli yanaşmalar Tədbir görülməli sahələr:
Yol-nəqliyyat qəzalarının və bədən xəsarətlərinin qarşının alınması Yol-nəqliyyat qəzaları baş verən hallarda, bədən xəsarətlərinin azaldılması Bərpa: alınmış bədən xəsarətlərinin ağırlığının azaldılması Haddon Matrisi: yol nəqliyyatı və onunla bağlı risklərə aid müdaxilələrin vahid çərçivəsi Avtomobil qəzalarının qarşısının alınması və ya təsirlərin azaldılması mümkün olan halları göstərmək üçün avtomobil qəzaları 3 mərhələyə bölünür: qəzadan əvvəl, qəza zamanı və qəzadan sonra Sources for cost effectiveness estimates: ETSC 2003, SWOV 2001, and U.S. National Center for Injury Prevention and Control 2000

13 Haddon Matrisi İnsan Nəqliyyat vasitəsi/ Avadanlıq Fiziki mühit
Sosial/iqtisadi Qəzadan əvvəl Görünmə dərəcəsinin və ya reaksiya üçün vaxtın az olması, alkohol, sürət həddini aşma, riskə getmə Sıradan çıxmış tormoz sistemi, çatışmayan işıqlar, xəbərdarlıq sistemlərinin çatışmazlığı Ensiz yol kənarı, düzgün vaxtda verilməyən siqnallar Sürət həddini aşmağa, qırmızı işığa getməyə və spirtli içkilərin və ya narkotik maddələrin təsiri altında nəqliyyat vasitələrini idarə etməyə icazə verən mənəvi dəyərlər Qəza zamanı Təhlükəsizlik kəmərindən istifadə edilməməsi Yaxşı işləməyən təhlükəsizlik kəmərləri, düzgün layihələndirilməmiş hava yastıqları Düzgün layihələndiril-məmiş məhəccərlər Nəqliyyat vasitəsinin layihələndirilmə-sinin tənzimlənməməsi Qəzadan sonra Təsirə məruz qalma dərəcəsinin yüksək olması, alkohol Düzgün layihələndirilməmiş yanacaq çənləri Fövqəladə hallarda kommunika-siya sistemlərinin zəifliyi Təcili tibbi yardım və travma sistemlərinə dəstəyin çatışmazlığı

14 Yol Təhlükəsizliyi üzrə İdarəetmə Sisteminin qəbul edilməsi
Nəticələr Sosial məsrəf Yekun nəticələr Aralıq nəticələr Nəticələr Yol şəbəkəsi Müdaxilələr İnstitusional Nəticələrin diqqət mərkəzində idarəetmə funksiyaları Planlaşdırma, layihələndirmə, istismar və istifadə Nəqliyyat vasitələrinin və sürücülərin daxil olması və çıxması Qəza nəticəsində zərər çəkənlərin müalicəsi və reabilitasiyası Əlaqələndirmə Qanunvericilik Maliyyələşdirmə və resursların bölüşdürülməsi Təbliğat Monitorinq və qiymətləndirmə Elmi-tədqiqat və biliklərin ötürülməsi Mənbə: Bliss and Breen, building on the frameworks of Land Transport Safety Authority , 2000; Wegman, 2001; Koornstra et al, 2002; Bliss, 2004

15 İnstitusional idarəetmə funksiyaları
NƏTİCƏLƏRİ əldə etmək üçün dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti və özəl müəssisələrlə birlikdə yerinə yetirilir

16 NƏTİCƏLƏRƏ YÖNƏLMƏ Qabaqcıl və əsas institusional idarəetmə funksiyası
Hədəflərin və onları hesabatlılıq təmin olunmaqla əldə edilməsinin proqramatik şəkildə müəyyən edilməsidir Vahidliyi və istiqamətləndirməni təmin edir, müdaxilələri nəticələrlə strateji qaydada əlaqələndirir, vaxt keçdikdən sonra əldə edilə biləcək nəticələri təhlil edir Müdaxilə tədbirlərinin görülməsi və onların aralıq və yekun nəticələri üçün səmərəlilik çərçivəsini müəyyən edir

17 FUNKSİYALAR (i) Əlaqələndirmə: üfüqi və şaquli, tərəfdaşlıqlar
Qanunvericilik : idarəçiliklə bağlı hüquqi alətlər; vəzifələri, hesabatlılığı, müdaxilələri və aidiyyəti institusional idarəetmə funksiiyalarını müəyyən edir

18 FUNKSİYALAR(ii) Maliyyələşdirmə və resursların bölüşdürülməsi : müdaxilələrin və aidiyyəti idarəetmə funksiyalarının davamlı əsasda necə maliyyələşdirmək olar Müxtəlif ölkələrdə qəbul olunmuş müxtəlif mexanizmlər

19 Maliyyələşdirmə mənbələri
Ənənəvi maliyyələşdirmə mənbələri : Ümumi vergi gəlirləri Yol fondları (yanacaq vergiləri, nəqliyyat vasitələrinin qeydiyyatı və lisenziya haqları, və ağır nəqliyyat vasitələri üçün yoldan istifadə haqları) Yol istifadəçilərinin ödənişləri (sürücülük vəsiqəsi vədriver’s and car license fees, vehicle inspection fees) Nəqliyyat vasitələrinin sığorta mükafatlarından tutulan vergilər Məqsədli ödənişlər (yəni, nəqliyyat cərimələrindən alıan gəlir yol təhlükəsizliyi sahəsində fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilir) Alternativ maliyyələşdirmə mənbələri: Qiymət / vergi siyasəti (köhnə nəqliyyat vasitələrinin təhlükəsizlik kəmərləri ilə təchiz olunması kimi təhlükəsizlik tədbirlərinə fiziki və hüquqi şəxslər tərəfindən vəsaitin xərclənməsi üçün fiskal stimullar) Sığorta haqları (təhlükəsizliyi daha aşağı olan nəqliyyat vasitələri və təhlükəsizlik göstəriciləri aşağı olan sürücülər üçün daha yüksək sığorta haqlarınn tətbiq edilməsi; “məsafəyə uyğun ödə” və “sürəti aşdıqca ödə” mexanizmləri, bədən xəsarətlərinin alınması ilə nəticələnən qəzaların baş verməsi riskləri ilə bağlı məsrəflərin daha ədalətli bölüşdürülməsi; yol qəzalarının tam dəyərinə yol qəzasını törədən şəxsin məsuliyyət daşımasının təmin edilməsi) Maliyyə seçimləri (təhlükəli davranışın daha bahalı edilməsi və təhlükəsiz davranışa görə maliyyə mükafatlarının verilməsi) Mənbə: İƏİT (2002) və Aeron-Tomas və digərlərdən (2002) götürülərək uyğunlaşdırılıb, Peden və digərlərdə (2004) sitat gətirilir; ECORYS (2006).

20 FUNKSİYALAR (iii) Təbliğat : yol təhlükəsizliyi sahəsində davamlı məlumatlandırma dövlətin və cəmiyyətin müdaxilələri dəstəkləyən əsas fəaliyyət olmalıdır Monitorinq və qiymətləndirmə : nəticələrin sistemli və davamlı ölçülməsi və təsirin qiymətləndirilməsi: nəticələr əldə olunubmu? Nəqliyyat vasitələri və sürücülər üzrə reyestrlərə, qəzalar üzrə məlumat bazalarına və sorğuların aparılmasına ehtiyac duyulması

21 FUNKSİYALAR (iv) Elmi-tədqiqat və biliklərin ötürülməsi: yolların idarə edlməsi sisteminin səmərəliliyini və effektivliyinin artırılmasına töhfə verən biliklərin sistemli və davamlı şəkildə yaradılması, kodlaşdırılması, ötürülməsi və tətbiqi Biliklərin ötürülməsi sübutlara əsaslanmalı və təcrübədə öyrənməklə tətbiq olunmalıdır

22 Müdaxilələrin təsnifatı
Müdaxilə növləri Standart və qaydalar Əməl olunma Yol şəbəkəsinin planlaşdırılması, layihələndirilməsi, idarə edilməsi və istifadə edilməsi Standart və qaydalar təhlükəsiz yol şəbəkəsinin planlaşdırılması, layihələndirilməsi, tikintisi, idarə edilməsi və istismarını əhatə edir və sürət və alkohol hədlərinin müəyyən edilməsi, sərnişinlərin təhlükəsizliyi və dəbilqələrdən istifadə ilə bağlı tələblərin və təhlükəli davranışla bağlı digər məhdudiyyətlərin qoyulması vasitəsilə həmin şəbəkənin təhlükəsiz istifadəsini müəyyən edir Məqsəd təhsil, standart və qaydaların icrasının və stimulların təmin olunması vasitəsilə, yol inşaatçıları və operatorlar, nəqliyyat vasitələri və nəqliyyat sektoru, yol istifadəçiləri və təcili tibbi yardım tərəfindən təhlükəsizlik sahəsində standartlara və qaydalara əml olunmasından ibarətdir. Nəqliyyat vasitələrinin və yol istifadəçilərinin yol şəbəkəsinə daxil olmasının və yol şəbəkəsindən çıxmasının şərtləri Standart və qaydalar, həmçinin, nəqliyyat vasitələrinin təhlükəsizliyi ilə bağlı standartları və sürücülük vəsiqəsinin verilməsi tələblərini əhatə edir. Yol şəbəkəsində baş verən qəzalardan zərər çəkənlərə təcili tibbi yardım və reabilitasiya xidmətlərinin göstərilməsi Həmçinin, qəzadan zərər çəkənə təcili tibbi yardım və reabilitasiya xidmətlərinin göstərilməsi üçün standart və qaydalar müəyyən edilə bilər. Mənbə: Bliss, 2004

23 Səmərəli və özünü doğrultmuş tədbirlər
Yolların daha təkmil layihələndirilməsi Yolkənarı təhlükələrin yığışdırılması (ağaclar, dirəklər) Qəzalara qarşı baryerlərin quraşdırılması Aydın, köməkçi və təhlükəsiz yerləşdirilən yol nişanları Mərkəzi adalar, “piyadalar üçün “sığınacaq” Yaxşı layihələndirilmiş piyada keçidləri Nəqliyyat vasitələrinin piyadalardan və velosipedçilədən və motosikletçilərdən ayrılması Yol qırağının dəqiq markalanması, yol kənarlarının hasarlanması, ötmə zolaqlarının tikintisi Yolların daha yaxşı markalanması Nəqliyyat hərəkətinin sakitləşdirilməsi (sürətin məhdudlaşdırılması üçün süni nahamarlıqlar, kameralar)

24 Səmərəli və özünü doğrultmuş tədbirlər (2)
Nəqliyyat vasitəsinin təhlükəsizliyinin artırılması Nəqliyyat vasitəsi daxilində toqquşmalara qarşı müdafiə (hava yastıqları, təhlükəsizlik kəmərləri, uşaq oturacaqları) Təhlükəsizlik standartlarının icrasının təmin edilməsi məqsədilə, nəqliyyat vasitəsinin lisenziyalaşdırılması və yoxlanması Gündüz vaxtlarında faralardan istifadə Velosipedlərin və motosikletlərin istifadə edilməsi zamanı dəbilqələrin taxılmasını tələb etmək və həmin tələbin yerinə yetirilməsini təmin etmək

25 Səmərəli və özünü doğrultmuş tədbirlər (3)
Davranışın dəyişməsi – təhsil, qanunların / qaydaların icrasının təmin edilməsi Sürət hədlərinin azaldılması: yaşayış ərazilərində 30 km / saat, şəhərin digər yerlərində 50 km / saat qanda alkoqolun səviyyəsinə maksimum 0.05g/dl həddinin müəyyən edilməsi yol-nəqliyyat qəzaları nəticəsində 5-40% ölüm hallarının qarşısını ala bilər (nəfəsin müəyyən edilmiş məntəqələrdən deyil, səyyar yoxlanması daha yaxşıdır, vergilər və marketinq, satışın tənzimlənməsi səmərəlidir). Təhlükəsizlik kəmərlərindən istifadənin məcburi edilməsi Telefon danışıqları və mesajlaşma nəticəsində nəqliyyat vasitəsinin idarə edilməsi zamanı diqqətin yayılmasının qarşısının alınması Məsələnin KİV-lərdə işıqlandırılması, məlumatlandırma kampaniyaları + sərt sanksiyalar Gənc sürücülər arasında ölüm hallarının azaldılması üçün məhdud sürücü vəsiqələrinin verilməsi (gecə vaxtında nəqliyyat vasitəsinin idarə edilməsinin qadağan edilməsi, sərnişinlərlə bağlı məhdudiyyətlər) və öyrənmə müddətində təlimin artırılması (ABŞ) İctimai nəqliyyatın və torpaqdan istifadənin təkmilləşdirilməsi avtomobillərdən istifadəni azaldır

26 Səhiyyə sektorunun tədbirləri
İctimai səhiyyə sektorunda tədbirlər: məlumatların yığılması və təhlili, yol-nəqliyyat hadisələri nəticəsində bədən xəsarətlərinin səbəblərinin araşdırılması, səmərəli tədbirlərin dəstəklənməsi, müdafiə siyasətləri və qaydalarının və profilaktika tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi İlkin tibbi yardımı göstərənlər: yaşlı / alkoqol təsiri altında olan sürücülərin tibbi müayinəsi, alkoqolun qəbulu və dərmanların təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinin təsiri haqqında məlumatlandırma Təcili tibbi yardım xidmətləri: təcili yardımın tələb olunması üçün əlaqə saxlama, ilkin təcili yardım və vəziyyətin sabitləşməsi, tibb müəssisəsinə nəql etmə, dərmanlarla və avadanlıqla təchiz olunmuş peşəkar personal, keyfiyyətə təminat Təhlükəsiz qan təminatı və qanköçürmə Reabilitasiya xidmətləri

27 Məsrəflərin səmərəliliyi – risk faktorlarından və yol istifadəçiləri qrupları üzrə ölüm hallarının və bədən xəsarətlərinin bölüşdürülməsindən asılıdır Əlilliyə görə uyğunlaşdırılmış həyat ilinin (DALY) orta dəyəri, alıcılıq qabiliyyətinin paritetinə görə uyğunlaşdırılıb $- $10,000 $20,000 $30,000 $40,000 $50,000 $60,000 $70,000 Sürət hədlərinin icrasının təmin edilməsi (quraşdırılmış / mobil kameralar vasitəsilə) Alkoqolun təsiri altında nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı qanunvericilik və onun icrası (nəfəsin yoxlanması) Təhlükəsizlik kəmərlərinin istifadəsi ilə bağlı qanunvericilik və onun ilkin tətbiqi Motosikletçilər tərəfindən dəbilqələrin istifadəsi ilə bağlı qanunvericilik və onun icrası Velosipedçilər tərəfindən dəbilqələrin istifadəsi ilə bağlı Sürət həddinin aşmasını qeyd edən kameralar + nəfəsin yoxlanması Təhlükəsizlik kəmərləri + motosikletçilərin dəbilqələrdən istifadə etməsi Sürət həddinin aşmasını qeyd edən kameralar + nəfəsin yoxlanması + təhlükəsizlik kəmərləri Sürət həddinin aşmasını qeyd edən kameralar + nəfəsin yoxlanması + motosikletçilərin dəbilqələrdən istifadə etməsi istifadə etməsi + nəfəsin yoxlanması istifadə etməsi + sürət həddinin aşmasını qeyd edən kameralar Təhlükəsizlik kəmərləri + motosikletçilərin dəbilqələrdən istifadə etməsi + sürət həddinin aşmasını qeyd edən kameralar + nəfəsin yoxlanması + velosipedçilərin dəbilqələrdən istifadə etməsi Hər DALY-yə görə qənaət olunmuş orta məbləğ EurB EurC In ECA - WHO subregions EurB and EurC—pedestrians are particularly vulnerable road users (31 to 38% of fatal RTIs), with car drivers (43%) and car passengers (24%). Risk factors -excessive speed (21 to 22%) and driving under the influence of alcohol (16 to 21%) contribute the most to the overall death toll: 97 per 1 million and 248 per 1 million population (in each case, the first number refers to subregion EurB, the second to EurC). Compared to no intervention, legislation and enforcement of bicycle helmet use by children is the most cost-effective strategy in EurB (I$10,395 per DALY saved), followed by roadside breath testing for alcohol-impaired driving (I$12,691 per DALY saved). In EurC, breath testing is the most cost-effective strategy (I$5,825 per DALY saved). Results for all single and combined interventions are shown in Figure 5. Combining roadside enforcement strategies—against alcohol-impaired driving, speeding, and non-use of seatbelts, for example—offers the prospect of major synergies on the cost side. Countries in the WHO European Region with low child and adult mortality (EurB) are: Albania, Armenia, Azerbaijan, Bosnia and Herzegovina, Bulgaria, Georgia, Kyrgyzstan, Poland, Romania, Slovakia, Tajikistan, The Former Yugoslav Republic of Macedonia, Turkey, Turkmenistan, and Uzbekistan. Countries in the WHO European Region with low child and high adult mortality (EurC) are: Belarus, Estonia, Hungary, Kazakhstan, Latvia, Lithuania, Republic of Moldova, Russia, and Ukraine.

28 Təhlükəsizlik hədəfləri
Yekun nəticələr Yekun nəticələr yol-nəqliyyat sisteminin gələcək təhlükəsizliyinin uzun müddətli konsepsiyası (Vision Zero və Sustainable Safety yanaşmalarında olduğu kimi) kimi, və daha çox qısa və orta müddətli hədəflər qismində mütləq ifadədə sosial məsrəflər, ölüm halları və ciddi bədən xəsarətləri və, həmçinin, adambaşı göstəricilər, nəqliyyat vasitələri və gedişlərin həcmi kimi müəyyən edilə bilər Aralıq nəticələr Aralıq nəticələr yekun nəticələrin təkmilləşdirilməsinə bağlıdır və səciyyəvi ölçülərə nəqliyyat hərəkətinin orta sürəti, ölüm halları və ciddi bədən xəsarətlərinin alınması ilə nəticələnən qəzalarda sərxoş sürücülərin payı, təhlükəsizlik kəmərlərindən istifadə səviyyəsi, dəbilqələrdən istifadə səviyyəsi, yol şəbəkəsinin fiziki vəziyyəti və ya təhlükəsizlik səviyyəsi və ya nəqliyyat vasitələri parkının standartı və ya təhlükəsizlik səviyyəsi daxildir İlkin nəticələr İlkin nəticələr aralıq və yekun nəticələrdə təkmilləşdirmələrlə bağlıdır və səciyyəvi ölçülərə km ifadəsində layihələndirmə təhlükəsizliyinin artırılması, yol-nəqliyyat hərəkətinin orta sürətinin azaldılması üçün tələb olunan polis-icra əməliyyatlarının sayı və nəqliyyat vasitələrinin təhlükəsizlik baxımından yoxlamalarının sayı daxildir və ya, alternativ olaraq, onlar konkret tapşırığın yerinə yetirilməsini göstərən mərhələyə uyğun ola bilərlər. Mənbə: Bliss, 2004

29 AMA regionunun yol-nəqliyyat qəzaları nəticəsində bədən xəsarətlərinin azaldılması istiqamətində səyləri AMA-nın 29 ölkəsindən : 27 ölkənin yol təhlükəsizliyi üzrə aparıcı orqanı var 19 ölkə dövlət büdcəsindən vəsait ayırır 19 ölkə dəqiq hədəflərlə strategiyaya malikdir. Onların 16-da bu maliyyələşdirilir 25 ölkə qanda alkoqol səviyyəsinin maksimal həddini tövsiyə edilmiş səviyyəyə bərabər və ya ondan aşağı səviyyədə müəyyən edir (0.05g/dl) 27 ölkə qanda alkoqol səviyyəsini yoxlamaq üçün səyyar yoxlamasını aparır Bir çox ölkə yolların tikintisi üzrə yeni iri layihələr üçün formal yoxlamaları və mövcud yolların mütəmadi yoxlanmasını tələb edir Bir çox ölkə ictimai nəqliyyatı, piyadaları və velosipedlərdən istifadəni inkişaf etdirir Lakin Yalnız 8 ölkədə təhlükəsizlik kəməri ən azı 70% hallarda istifadə olunur (qabaq oturacaqlarda) 15 ölkədə şəhər ərazilərində sürət həddi 60 km / saat, 1 ölkədə 70 km / saat təşkil edir (tövsiyə ediləndən daha yuxarı) Qəzadan sonra rəsmi ictimai təcili tibbi yardım sistemlərinin keyfiyyəti fərqlənir Qanunvericilik bir çox hallarda icra olunur Daha çox edilə bilər Yaxşı nümunələr : Polşa: yol təhlükəsizliyi sahəsində ictimai məlumatlandırma, təhlükəsizlik kəmərlərindən istifadə, sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi; peşəkar sürücülər üçün təlim; yol-nəqliyyat qəzalarının ehtimalı yüksək olan yol hissələri haqqında məlumatlandıran yol nişanları; təcili tibb yardımının təkmilləşdirilməsi Ermənistan: qanunvericiliyin icrasının gücləndirilməsindən sonra təhlükəsizlik kəmərlərinin istifadə edilməsi ilə bağlı vəziyyətin kəskin yaxşılaşması Rusiya: təhlükəsizlik kəmərinin istifadə edilməməsinə görə cərimələr 10 dəfə artıq, qarşı zolağa çıxmaya görə sürücü vəsiqəsinin alınmasını nəzərdə tutan yeni qanunvericiliyin qəbul olunması, alkoqola qarşı kampaniyaların həyata keçirilməsinə başlanıb

30 Dünya Bankının dəstəyi (bu günə qədər)
Ölkələrə həmin tövsiyələri yerinə yetirməyə kömək edən praktiki qaydalar Qlobal Yol Təhlükəsizliyi Fondu maliyyələşdirməni və ölkənin yol təhlükəsizliyi sahəsində səyləri üçün texniki yardımı təmin edir AMA regionunun bir çox ölkələrində yol təhlükəsizliyi üzrə idarəetmə potensialının təhlili aparılır Dünya Bankı nəqliyyat və səhiyyə layihələrində yol təhlükəsizliyinə investisiyaları dəstəkləmişdir İnformasiya və siyasət dialoqu

31 Dünya Bankı tərəfindən AMA regionunda əlavə nə edilə bilər?
2004-cü il üzrə dünya Hesabatında uğur üçün 6 əsas addım müəyyən edilir : Hökumətdə aparıcı təşkilatın müəyyən edilməsi Yol-nəqliyyat qəzaları nəticəsində bədən xəsarətlərinin alınması ilə bağlı problemlərin, siyasətin və təşkilatların, və onların qarşısının alınması üzrə potensialın qiymətləndirilməsi Yol təhlükəsizliyi sahəsində milli strategiyanın və tədbirlər planının hazırlanması Maliyyə və insan resurslarının ayrılması Konkret tədbirlərin görülməsi və onların təsirinin qiymətləndirilməsi Milli potensialın və beynəlxalq əməkdaşlığın dəstəklənməsi Prinsiplər: sistemli, davamlı və uğurlu səy 3 hissədən ibarətdir: Nəticələr İnstitusional idarəetmə Müdaxilələr

32 Dünya Bankı tərəfindən AMA regionunda əlavə nə edilə bilər (1)
İnstitusional idarəetmə potensialının qurulması Siyasəti formalaşdıranlar və icraçılara təlimlərin keçirilməsi və informasiyanın verilməsi Yol təhlükəsizliyi üçün cavabdeh insanların mövcud şəbəkələrinin dəstəklənməsi Ölkələrə yol-nəqliyyat hadisələri nəticəsində bədən xəsarətləri və onların səbəbləri haqqında məlumatları təkmilləşdirməyə kömək göstərməsi Aparıcı təşkilat üçün tələb olunan islahatların müəyyən edilməsi Ölkələrə müdaxilələri düzgün seçməkdə yardım göstərilməsi Yolların təhlükəsizliyi sahəsində milli idarəetmə potensialının təhlili – vəziyyətin qiymətləndirilməsi, realistik hədəflərlə və büdcə ilə strategiyaların və tədbirlərin təklif olunması Yollarda ölüm hallarına və ciddi bədən xəsarətlərinə son qoymaq üçün təhlükəsiz sistem yanaşması + nəticələrə yönəlmə (daha konkret məlumat üçün növbəti slayda baxın)

33 Dünya Bankı tərəfindən AMA regionunda əlavə nə edilə bilər (2)
Yollarda ölüm hallarına və ciddi bədən xəsarətlərinə son qoymaq üçün təhlükəsiz sistem yanaşması + nəticələrə yönəlmənin dəstəklənməsi Təhlükəsizliyin təmin edilməsi məqsədilə yollara planlaşdırılan investisiyaların təhlil edilməsi, layihələndirmənin təkmilləşdirilməsi İnvestisiyalar üçün hədəflərin müəyyən edilməsi üçün çoxlu qəzalar baş verən yol hissələrinin nəzərdən keçirilməsi Şəhər ərazilərində sürət hədlərinin 50 km / saata, yaşayış ərazilərində 30 km / saata qədər endirilməsi; onların icraə edilməsi – sürət həddinin aşmasını qeyd edən kameralar məsrəf baxımından səmərəlidir Polis tərəfindən sistemli qaydada icra olunmaqla alkoqol hədlərinin tətbiq olunması (nəfəsin yoxlanması, yüksək görünmə dərəcəsi ilə yollarda təsadüfi yoxlamalar), yüksək səviyyədə media kampaniyalarının keçirilməsi və ciddi sanksiyaların tətbiq edilməsi Təhlükəsizlik kəmərlərində istifadənin təmin edilməsi– kampaniyalar, sanksiyalar, avtomobillərdə müdafiə sistemlərinin spesifikasiyaları Gənc sürücülərlə bağlı risklərin azaldılması - məhdud sürücü vəsiqələrinin verilməsi, genişləndirilmiş təlim Pidalarla bağlı riskin azaldılması– baryerlər, yol hərəkətinin “sakitləşdirilməsi”, piyadalar üçün daha çox şəraitin yaradılması Təcili tibbi yardımın sürətinin və keyfiyyətinin (qəza yerində və ondan sonra) – qiymətləndirmə, zəif məqamların müəyyən edilməsi və aradan qaldırılması, təlim Yol təhlükəsizliyinin nəqliyyatın əsas “səmərəlilik göstəricilərinə” daxil edlməsi Güclü qiymətləndirmə ilə nümayiş layihələri

34 Dünya Bankının yardımı üçün prioritet sahələr sübuta əsaslanan, məsrəf baxımından səmərəli və qabaqcıl beynəlxalq təcrübəyə uyğun: Potensialın təhlili– ölkənin sadiqliyini, uyğunlaşmasını və konsensusu təmin etmək üçün Aparıcı təşkilatın nəticələrin əldə edilməsi üçün idarə etmək potensialına, mandatına və vəsaitə malik olmasını təmin etmək Nəticələrin mərhələ-mərhələ əldə edilməsi üçün idarəetmə potensialına vəsaitin xərclənməsi Yüksək riskli sahələrdə qısa müddət ərzində təhlükəsizliyi artıran nümayiş layihələrinin həyata keçirilməsi vasitəsilə öyrənmək və əldə edilmiş uğura əsaslanaraq inkişaf etdirmək Əsas tərəf müqabilləri : Yolların Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram (International Road Assessment Program (iRAP) )- layihələndirmə təhlükəsizliyi RoadPOL – yol polisinin həmkar xidmətləri Yol-Nəqliyyat Qəzaları üzrə Beynəlxalq Məlumat Bazası Qrupu – məlumat Ümumdünya Səhiyyə Təşkilatı (WHO) – yol-nəqliyyat hadisələri nəticəsində bədən xəsarətlərinin qarşısının alınması, bədən xəsarətləri ilə bağlı müşahidə, təcili tibbi yardım xidmətləri və müalicə Nazirliklər: nəqliyyat, səhiyyə, hüquq-mühafizə, maliyyə, daxili işlər, təhsil Özəl sektor : sığorta, avtomobil istehsalçıları, tənzimləyən təşkilatlar Vətəndaş cəmiyyəti təşkilatları : istehlakçı təşkilatları, dini təşkilatlar Parlamentlər

35 Səmərəli yol təhlükəsizliyi proqramının qurucu elementləri
Müdaxilə sahəsi İnvestisiyalar və tədbirlər 1. İnstitusional potensial quruculuğu Yol təhlükəsizliyi sahəsində aparıcı təşkilatın idarəetmə və əməliyyat potensialının yaradılması, təşkil edilməsi və gücləndirilməsi, ona müvafiq resursların ayrılması, onun ictimaiyyət qarşısında hesabatlı edilməsi. Yol təhlükəsizliyi proqramlarının idarə edilməsi və hazırlanmasında və onların icrasında iştirak edən bütün rəsmilər üçün təlim proqramları 2. Yol təhlükəsizliyi sahəsində milli siyasət, strategiyalar və planlar; təşkilati və əməkdaşlıq mexanizmləri 2020-cu ilə qədər yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının yarıya qədər azaldılması üçün qanunvericilik çərçivəsinin, siyasətin, strategiyaların və planların inkişaf etdirilməsi / yeniləşdirilməsi üçün texniki yardım 3. Daha təhlükəsiz yol mühitinin yaradılması Nümayiş məqsədilə yol dəhlizlərində və başqa sahələrdə təhlükəsizliyin artırılmasına investisiyalar (yəni, məhəccərlər, nişanlama və markalanma, şəhər ərazilərində ən mühüm yol kəsişmələrinin yenidən layihələndirilməsi). Şəbəkə təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə sorğuların və yol təhlükəsizliyi sahəsində auditlərin və yoxlamaların aparılması üçün texniki yardım. 4. İcranın təmin olunması : yol polisinin riskli davranışın müəyyən edilməsi sahəsində zəruri vasitələrlə təmin edilməsi və təlim keçirilməsi Sürətə, spirtli içkilərin qəbulu və təhlükəsizlik kəmərlərindən istifadəyə nəzarət etmək və onları izləmək üçün yolkənarı yoxlamaların aparılması üçün radar avadanlığının, sürət həddinin aşmasını qeyd edən kamerarların, nəfəs analizi üçün cihazların alınması. 5. İctimai məlumatlandırma və təhsil kampaniyaları Sürətə nəzarət, təhlükəsizlik kəmərlərindən istifadə, sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsi hallarının müəyyən edilməsi üçün qanunların və qaydaların icrasının dəstəklənməsi üçün ictimai məlumatlandırma kampaniyaları üzrə proqramların hazıralnması üçün texniki yardım və maliyyələşdirmə. 6. Səhiyyənin dəstəklənməsi və profilaktika proqramlarının, təcili tibbi yardım xidmətlərinin və reabilitasiya proqramlarının təkmilləşdirilməsi Səhiyyə sisteminin islahatı və modernləşdirilməsi çərçivəsində ictimai səhiyyə proqramlarının, milli və regional yol təhlükəsizliyi strategiyalarının və ilk təcili tibb yardımı üçün təşkilati məsələlərin gücləndirilməsi üçün texniki yardım; təcili yardım maşınlarının, tibb avadanlığının və digər zəruri vasitələrin maliyyələşdirilməsi; tibb personalınıa baza və mürəkkəb həyat təminatı sistemləri sahəsində təlimlərin keçirilməsi; kommunikasiya sistemlərinə investisiyalar; və travma mərkəzlərinin inkişaf etdirilməsi / gücləndirilməsinə texniki yardım və investisiyalar, təhlükəsiz qanköçürmə xidmətləri və reabilitasiya proqramları 7. Monitorinq və qiymətləndirmə Qərarvermə və sektorlar arasında proqramın idarə edilməsi məqsədilə məlumatların toplanması, qiymətləndirilməsi və mübadiləsi üçün kompüterləşdirilmiş informasiya sistemlərinə investisiyalar

36 Yekun : Təşəkkür edirik!
Təhlükəsiz, təmir və münasib nəqliyyat inkişaf prioritetidir Yol-nəqliyyat hadisələri nəticəsində bədən xəsarətlərinin qarşısının alınması ictimai səhiyyənin ciddi prioritetidir. Özünü doğrultmuş, effektiv, məsrəf baxımdan səmərəli “yaxşı təcrübə” həyatları xilas edə və pula qənaət edə, əlilliyin qarşısını ala, səhiyyə ilə bağlı digər nəticələri və ətraf mühiti təkmilləşdirə bilər. “Təhlükəsiz sistem” nəqliyyat, səhiyyə və polis /hüquq-mühafizə sektorları tərəfindən yaxşı əlaqələndirilmiş birgə səylərin görülməsini tələb edir. Yalnız müdaxilələr kifayət olmayacaq. Dünya Bankı, tərəf müqabilləri ilə birlikdə Avropa və Mərkəzi Asiya ölkələrinə yolların təhlükəsizliyinin artırılması sahəsində köməklik göstərmək üçün daha çox tədbir görə bilər. Tədbir görülməli konkret sahələr aydındır. Təşəkkür edirik!


Download ppt "Yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarına qarşı mübarizə: Avropa və Mərkəzi Asiyada yolların təhlükəsizliyinin təmin edilməsi Səssiz epidemiyanın."

Similar presentations


Ads by Google